Əl-Bəqərə surəsi · 4-cü ayə

O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (qiyamət) gününə yəqinlikləri vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə surəsi 4-cü ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

4. والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ

"Onlar sənə və səndən qabaq nazil olanlara imanlıdırlar, həm də axirətə yəqinlikləri var.”

Nöqtələr

İnsanın tanıma mexanizmi hiss və ağılla məhdudlaşmır. Vəhy də tanıma yollarından biridir və müttəqilər ona iman gətirmişlər. Rəhbərsiz insan yol seçimində tərəddüddə qalır. Peyğəmbərlər onların əlindən tutur və məntiq, möcüzə, öz əməli yolları ilə həqiqi səadətə doğru istiqamətləndirirlər.
Bu və bundan əvvəlki iki ayədən məlum olur ki, Allah qarşısında xüşu (namaz), gələcəyə ümid Allahın böyük mükafatlarındandır və təqva nişanələridir.

Bildirişlər

1. Peyğəmbərlər və bütün səmavi kitablara iman zəruridir. Çünki, onların hədəfi birdir.
2. Gerçək təqva axirətə yəqinsizliklə əldə olunmur. ("Bil-axirətihum yuqinun”)
3. Bütün kitablardan öncə Qurana ehtiram zəruridir.
4. İslam Peyğəmbəri (s) son ilahi peyğəmbərdir. "Səndən qabaqkılara nazil olana” ifadəsi həzrət Peyğəmbərin (s) son peyğəmbər olduğunu göstərir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 4-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 4-cü ayəsi nə haqqındadır?
O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (qiyamət) gününə yəqinlikləri vardır.
Əl-Bəqərə surəsi 4-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 4-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 4-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 4-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 4-cü ayənin təfsiri nədir?
4. والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ "Onlar sənə və səndən qabaq nazil olanlara imanlıdırlar, həm də axirətə yəqinlikləri var.” Nöqtələr İnsanın tanıma mexanizmi hiss və ağılla məhdudlaşmır. Vəhy də tanıma yollarından biridir və müttəqilər ona iman gətirmişlər. Rəhbərsiz insan yol seçimində tərəddüddə qalır. Peyğəmbərlər onların əlindən tutur və məntiq, möcüzə, öz əməli yolları ilə həqiqi səadətə doğru istiqamətləndirirlər. Bu ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.