Əl-Bəqərə surəsi · 42-ci ayə

Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
42. وَلاَ تَلْبِسُواْ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُواْ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ
"Haqqı batillə pərdələməyin və həqiqəti bildiyiniz halda onu gizlətməyin.”
Nöqtələr
"Lubs” sözü "örtmək” və "ləbs” sözü "şəkk-şübhə” deməkdir.
İnsanın başqa varlıqlardan üstünlüyü onun xəbərdarlığı, mərifəti və agahlığıdır. Şəkk-şübhə, vəsvəsə yaratmaqla haqqı xalqdan gizlədənlər, əslində onların yeganə imtiyazını əlindən alırlar. Bu ən böyük zülmdür.
Həzrət Əli (ə) buyurur: "Əgər batil xalis şəkildə (olduğu kimi) bəyan olunsa, nigarançılıq yoxdur. (Bu halda xalq həqiqəti bilər və batili tərk edər.) Həqiqət də xalis şəkildə bəyan olunsa, müxalifin dili bağlanar. Amma təhlükə oradadır ki, haqq və batil bir-birinə qarışdırılıb və birindən bir hissəsi elə göstərilir ki, şeytanın öz havadarlarına, hakimiyyətinə zəmin yaransın.”(Nümunə”, c. 1, s. 214. )
Bildirişlər
1. Nə haqqı batilə qatışdırıb onu dəyişək, nə də batili haqq libasında göstərək!
2. İnsanın haqqı pərdələməsinin ən üstün şahidi vicdan və fitrətdir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 42-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 42-ci ayəsi nə haqqındadır?
Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin.
Əl-Bəqərə surəsi 42-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 42-ci ayənin təfsiri nədir?
42. وَلاَ تَلْبِسُواْ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُواْ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ "Haqqı batillə pərdələməyin və həqiqəti bildiyiniz halda onu gizlətməyin.” Nöqtələr "Lubs” sözü "örtmək” və "ləbs” sözü "şəkk-şübhə” deməkdir. İnsanın başqa varlıqlardan üstünlüyü onun xəbərdarlığı, mərifəti və agahlığıdır. Şəkk-şübhə, vəsvəsə yaratmaqla haqqı xalqdan gizlədənlər, əslində onların yeganə imtiyazını əlindən alırlar. Bu ən böyük zülmdür. Həzrət Əli (ə) buyurur: "Əgər batil xalis şəkildə (olduğu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.