Əl-Bəqərə surəsi · 46-cı ayə

O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
46. الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ
"(Xaşelər) o kəslərdir ki, (qiyamətə) Rəbbi ilə görüşə və Ona doğru qayıdışa imanlıdırlar.”
Nöqtələr
"Liqa” görmək yox, hüzur mənasındadır. Əgər kor bir şəxs birinin hüzuruna getsə, deyir ki, filankəslə mülaqat ("liqa”) etdim. Hansı ki, kor insan hüzurunda olduğu şəxsi görmür. "Məcməül-bəyan”sahibi deyir: "Pərvərdigarın liqası dedikdə Onun mükafat və cəzası ilə mülaqat (görüş) nəzərdə tutulur.”
Allahla mülaqat xaşelərin namazda əldə etdiyi irfani hal da ola bilər. Çünki namaz Allah qarşısında hüzurdur.
Elm qarşısında zənn və güman tənqid olunur.("Bəqərə”, 249. ) Amma zənn və gümanda məqsəd yəqinlik əldə etməkdirsə, bu faydalıdır. Bu yəqinlik cüzi də olsa xeyirlidir. Çünki Allah şücaətli və xalis mücahidləri "güman sahibləri” kimi yad edir.("Ali-İmran”, 110. )
Bildirişlər
1. İnsanın öz hərəkətlərini nəzarət altına alması üçün qiyamətin varlığına güman da kifayət edir.
2. Xaşe kəs namazda Allahla görüşdə olduğunu duyur.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 46-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 46-cı ayəsi nə haqqındadır?
O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər.
Əl-Bəqərə surəsi 46-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 46-cı ayənin təfsiri nədir?
46. الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ "(Xaşelər) o kəslərdir ki, (qiyamətə) Rəbbi ilə görüşə və Ona doğru qayıdışa imanlıdırlar.” Nöqtələr "Liqa” görmək yox, hüzur mənasındadır. Əgər kor bir şəxs birinin hüzuruna getsə, deyir ki, filankəslə mülaqat ("liqa”) etdim. Hansı ki, kor insan hüzurunda olduğu şəxsi görmür. "Məcməül-bəyan”sahibi deyir: "Pərvərdigarın liqası dedikdə Onun mükafat və cəzası ilə mülaqat (görüş) nəzərdə tutulur.” Allahla mülaqat ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.