Əl-Bəqərə surəsi · 5-ci ayə

Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə surəsi 5-ci ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

5. أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

"Yalnız onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır.”

Nöqtələr

Qeybə iman gətirmiş, namaz, infaq, yəqin əhli olan təqva sahiblərinin mükafatı doğru yol və qurtuluşdur. Doğru yol səadətin ən uca qülləsidir. Çünki Allah varlığı bəşər üçün, bəşəri ibadət üçün, ibadəti təqvaya çatmaq üçün, təqvanı isə doğru yol və qurtuluş üçün yaratmışdır.("Maidə”, 100. )
Quranda nicat tapmışların aşağıdakı xüsusiyyətləri sadalanır:
a) Cəmiyyətdəki fəsadlara münasibətdə islahla məşğul olanlar;
b) Yaxşılığı əmr, pisliyi qadağan (əmr be məruf və nəhy əz münkər) edənlər;
q) Həzrət peyğəmbərə imandan əlavə, onu himayə edənlər;
v) Xəsislikdən uzaq olanlar("Həşr”, 9. );
d) Qiyamətdə savab yükü ağır olanlar("Ə`raf”, 8. );
Qurtuluş zəhmətsiz əldə edilmir. Onun şərtləri vardır. Quranda aşağıdakı qeydlər edilmişdir:
–Qurtuluş üçün paklanmaq lazımdır.("Şəms”, 9. )
–Qurtuluş üçün cihad lazımdır.("Maidə”, 35. )
– Qurtuluş üçün namazda xüşu (mütilik), boş işlərdən çəkinmək, zəkat ödəmək, paklıq, iffət, əmanətdarlıq, əhdə vəfa, namazda davamiyyət zəruridir.

Bildirişlər

1. Həqiqi möminlər üçün Allahın xüsusi hidayəti nəzərdə tutulmuşdur.
2. İman və təqva insanı qurtuluşa çatdırır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 5-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 5-ci ayəsi nə haqqındadır?
Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir).
Əl-Bəqərə surəsi 5-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 5-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 5-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 5-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 5-ci ayənin təfsiri nədir?
5. أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ "Yalnız onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapanlar da onlardır.” Nöqtələr Qeybə iman gətirmiş, namaz, infaq, yəqin əhli olan təqva sahiblərinin mükafatı doğru yol və qurtuluşdur. Doğru yol səadətin ən uca qülləsidir. Çünki Allah varlığı bəşər üçün, bəşəri ibadət üçün, ibadəti təqvaya çatmaq üçün, təqvanı isə doğru yol və qurtuluş üçün yaratmışdır.("Maidə”, 100. ) Quranda nicat tapmışların aşağıdakı xüsu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.