Əl-Bəqərə surəsi · 57-ci ayə

Və (Sina səhrasında sərgərdan qaldığınız zaman) buluddan başınız üzərində kölgəlik düzəltdik və sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin endirdik (və dedik:) «ruziniz etdiyimiz pak təamlardan yeyin.» Onlar (itaətsizlik və naşükürlük etməklə) Bizə zülm etmədilər, lakin özlərinə zülm edirdilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 57
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Buludları sizə kölgələnəcək etdik. Sizə "mənn” və "səlva” nazil edib dedik: "Sizə ruzi etdiyimiz pak nemətlərdən yeyin.” Onlar (bəhanə axtarmaqla) bizə yox, özlərinə zülm etdilər.”
Nöqtələr
Bəni-İsrail fironun hakimiyyətindən xilas edildikdən sonra onlara göstəriş verildi ki, Fələstin torpaqlarına daxil olsunlar. Onlar isə həmin yerdə zalımların olduğunu bəhanə gətirərək əmrdən boyun qaçırdılar və Musaya dedilər: "Allahınla birgə onlarla döyüşə get, biz isə burada oturmuşuq.” Allahın qəhr və qəzəbi onları bürüdü və qırx il Tih səhrasında qaldılar. Amma Allah orada da onları lütfündən məhrum etməyib buludları kölgələnəcək qərar verdi. Onlara "mənn” və "səlva” adlı təbii və dadlı ruzilər nazil edildi.
Ayədə yağışsız, yalnız kölgə salan bulud "ğəmam” adlandırılmışdır. Yağışlı buluda isə "səhab” deyilir. "Mənn” ağaclarda yaranan xüsusi bir şirədir. Bəziləri ayədə bal və ya göbələk nəzərdə tutulduğunu da bildirmişlər. "Səlva” isə göyərçinə oxşar bir quşdur.
Bildirişlər
1. Buludlar, külək və yağış Allaha tabedir.
2. Allahın ruzi verən ( raziq) olması xüsusi şərtlərlə məhdudlaşmır. Allah susuz, ələfsiz səhraya da təbii ruzi göndərir.
3. Allah insanın ruzisini halal və pak şeylərdən müəyyənləşdirmişdir.
4. Allahın əmrindən çıxma insanın özünə zülmüdür.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 57-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 57-ci ayəsi nə haqqındadır?
Və (Sina səhrasında sərgərdan qaldığınız zaman) buluddan başınız üzərində kölgəlik düzəltdik və sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin endirdik (və dedik:) «ruziniz etdiyimiz pak təamlardan yeyin.» Onlar (itaətsizlik və naşükürlük etməklə) Bizə zülm etmədilər, lakin özlərinə zülm edirdilər...
Əl-Bəqərə surəsi 57-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 57-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 57-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 57-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 57-ci ayənin təfsiri nədir?
"Buludları sizə kölgələnəcək etdik. Sizə "mənn” və "səlva” nazil edib dedik: "Sizə ruzi etdiyimiz pak nemətlərdən yeyin.” Onlar (bəhanə axtarmaqla) bizə yox, özlərinə zülm etdilər.” Nöqtələr Bəni-İsrail fironun hakimiyyətindən xilas edildikdən sonra onlara göstəriş verildi ki, Fələstin torpaqlarına daxil olsunlar. Onlar isə həmin yerdə zalımların olduğunu bəhanə gətirərək əmrdən boyun qaçırdılar və Musaya dedilər: "Allahınla birgə onlarla döyüşə get, biz isə burada oturmuşuq.” Allahın qəhr və qə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.