Əl-Bəqərə surəsi · 6-cı ayə

Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə surəsi 6-cı ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
6. إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ
"Küfr edənlər üçün onları qorxutmağının və ya qorxutmamağının fərqi yoxdur. Onlar iman gətirməyəcəklər.”
Nöqtələr
Quran müttəqilərdən sonra kafirləri tanıtdırır. Bu zümrə azğınlıqda, haqqı ört-basdır etməkdə o qədər ciddidir ki, ilahi ayələri qəbul etmək istəmir. "Küfr” sözü örtmək mənasındadır. Əkinçi toxumu, gecə fəzanı örtdüyü üçün onlara da "kafir" deyirlər. Dində isə "kafir" dedikdə ilahi həqiqətləri və ayələri örtənlər nəzərdə tutulur. İnadkar kafirlərdən bir qrupu peyğəmbərlərin dəvəti qarşısında belə dedilər: "Bizə sənin moizə və nəsihətlərinin əsəri yoxdur. Sənin nəsihət verib-verməməyinin bizim üçün fərqi yoxdur.”("Şüəra”, 136. )
Əgər münasib şərait olmazsa, peyğəmbərlərin dəvəti təsirsiz qalar. Yağışın təsirindən münbit torpaqda lalə, şoranlıqda tikan bitir.
Bildirişlər
1. İnadkarlıq, cahilanə təəssüb insanı cansız cismə döndərir.
2. Kafirlərin təbliğ yolu qorxutmaqdır. Əgər qorxutmaq və xəbərdarlıq insana təsir etmirsə, müjdə və vədə də təsirsiz olasıdır.
3. Bütün xalqın iman gətirməsi intizarında olmayın.("Yusuf”, 103. )

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 6-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 6-cı ayəsi nə haqqındadır?
Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.
Əl-Bəqərə surəsi 6-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 6-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 6-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 6-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 6-cı ayənin təfsiri nədir?
6. إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ "Küfr edənlər üçün onları qorxutmağının və ya qorxutmamağının fərqi yoxdur. Onlar iman gətirməyəcəklər.” Nöqtələr Quran müttəqilərdən sonra kafirləri tanıtdırır. Bu zümrə azğınlıqda, haqqı ört-basdır etməkdə o qədər ciddidir ki, ilahi ayələri qəbul etmək istəmir. "Küfr” sözü örtmək mənasındadır. Əkinçi toxumu, gecə fəzanı örtdüyü üçün onlara da "kafir" deyirlər. Dində isə "kafir" dedikdə ilahi h...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.