Əl-Bəqərə surəsi · 63-cü ayə

Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə ucaltdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi əzmlə, möhkəm iradə ilə qəbul edin və orada olanları (əməl etmək üçün) xatırlayın, bəlkə təqvalı olasınız».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yad et) o zaman ki, sizdən əhd aldıq və Tur dağını sizin fövqünüzə qaldırdıq. (Və dedik) sizə verdiyimizi qüdrətli tutun və onda olanları yadda saxlayın. Bəlkə, pəhrizkarlardan olasınız.”
Nöqtələr
Tur dağının yerindən qoparılıb yəhudilərin başı üstünə qaldırılması Quranın bəzi surələrində bəyan olunmuşdur.("Bəqərə”, 40, 82; "Maidə”, 12. ) Bu ayədə haqqında danışılan əhd-peyman "Bəqərə” və "Maidə” surələrindəki peyman da ola bilər.("Ə`raf”, 163, 166)
Bildirişlər
1. Nümunə götürmək əməl amillərindən biridir.
2. Allah həm peyğəmbər göndərmək, həm də xariqüladə işlər nümayiş etdirməklə xalqa höccəti tamamlayır, bəhanə yeri qoymur.
3. Qürur və inad ruhunu qırmaq üçün hədə tərbiyə üsullarından biridir.
4. İnqilabi nailiyyətləri güc və qüdrətlə hifz etmək olar. Fironun hakimiyyətindən qurtulmaq, əsirlikdən azad olmaq nailiyyət idi.
5. İlahi ayə və hökmlərə əməl ciddilik, eşq və möhkəmliklə müşayiət olunmalıdır. İlahi vəzifələrin icrasında zarafata, adətkərdəliyə, şəkkə və şan-şöhrətə yol vermək olmaz.
6. Dini maarif tədris və təbliğlə xalqın zehnində diri saxlanılmalıdır.
7. İlahi ayələrin zikri və onlar haqqında düşüncə təqva üçün zəmin yaradır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 63-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 63-cü ayəsi nə haqqındadır?
Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə ucaltdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi əzmlə, möhkəm iradə ilə qəbul edin və orada olanları (əməl etmək üçün) xatırlayın, bəlkə təqvalı olasınız».
Əl-Bəqərə surəsi 63-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 63-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 63-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 63-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 63-cü ayənin təfsiri nədir?
"(Yad et) o zaman ki, sizdən əhd aldıq və Tur dağını sizin fövqünüzə qaldırdıq. (Və dedik) sizə verdiyimizi qüdrətli tutun və onda olanları yadda saxlayın. Bəlkə, pəhrizkarlardan olasınız.” Nöqtələr Tur dağının yerindən qoparılıb yəhudilərin başı üstünə qaldırılması Quranın bəzi surələrində bəyan olunmuşdur.("Bəqərə”, 40, 82; "Maidə”, 12. ) Bu ayədə haqqında danışılan əhd-peyman "Bəqərə” və "Maidə” surələrindəki peyman da ola bilər.("Ə`raf”, 163, 166) Bildirişlər 1. Nümunə götürmək əməl amilləri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.