Əl-Bəqərə surəsi · 78-ci ayə

Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal və puç arzulardan başqa bir şey bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlardan (yəhudilərdən) bəziləri Allah kitabını yalnız öz xəyal və arzularından ibarət bilən, dərs oxumamış fərdlərdir. Onlar yalnız öz gümanlarına bağlıdırlar.”
Nöqtələr
İslam peyğəmbərinin nişanələrindən xəbərdar olan, amma haqqı gizləyən keçmiş elimli yəhudilərin əksinə olaraq, avam camaat səmavi kitabdan xəbərsiz idi və arzu-xəyal içində yaşayırdı. Onlar düşünürdülər ki, yəhudilər üstün irqdirlər, həm də Allahın övladları və əzizləridirlər. Onlar heç vəchlə cəhənnəmə gedə bilməz, olsa-olsa bir neçə gün cəzalandırıla bilərlər. (Növbəti ayələrdə uyğun arzular haqqında danışılmışdır.("Ənfal”, 75. )
Bildirişlər
1. İnsan öz cəmiyyətini tanımalı, xalqa hakim kəsilən düşüncə və əqidə ilə tanış olmalıdır.
2. Kitab və müəllim olduğu halda savadsız qalmaq nöqsandır. Haqq kitaba çatmaq üçün hamı çalışmalıdır və tənqid hədəfinə çevrilməməlidir.
3. Savadsızlıq və qəflət puç arzu-xəyallara rəvac verir.
4. İnsanın istək və intizarı xəyala yox, elmə əsaslanmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 78-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 78-ci ayəsi nə haqqındadır?
Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal və puç arzulardan başqa bir şey bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər.
Əl-Bəqərə surəsi 78-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 78-ci ayənin təfsiri nədir?
"Onlardan (yəhudilərdən) bəziləri Allah kitabını yalnız öz xəyal və arzularından ibarət bilən, dərs oxumamış fərdlərdir. Onlar yalnız öz gümanlarına bağlıdırlar.” Nöqtələr İslam peyğəmbərinin nişanələrindən xəbərdar olan, amma haqqı gizləyən keçmiş elimli yəhudilərin əksinə olaraq, avam camaat səmavi kitabdan xəbərsiz idi və arzu-xəyal içində yaşayırdı. Onlar düşünürdülər ki, yəhudilər üstün irqdirlər, həm də Allahın övladları və əzizləridirlər. Onlar heç vəchlə cəhənnəmə gedə bilməz, olsa-olsa ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.