Əl-Bəqərə surəsi · 79-cu ayə

Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra «bu, Allah tərəfindəndir» deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə görə!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Vay olsun o kəslər ki, öz əlləri ilə bəzi mətləbləri yazıb sonra deyərlər: "Bu, Allah tərəfindəndir!” Bununla azca pul əldə etmək istəyərlər. Vay onların halına öz əlləri ilə yazdıqlarından dolayı! Vay onların halına bu yolla ələ gətirdiklərindən dolayı!”
Nöqtələr
Bu "vəylun” (vay olsun) sözünün üç dəfə işləndiyi yeganə ayədir. Bu ayədə dünyapərəst alimlərin təhlükəsi bəyan olunur.
Bildirişlər
1. Din çıxarmaq bəşər tarixinin təhlükəli cərəyanlarındandır.
2. Bidət, din çıxarmaq, din satmaq, xalqı çaşdırmaq günahkar alimlər tərəfindən cəmiyyəti hədələyən təhlükələrdir.
3. Zəhərli, təhrifçi və bidətçi qələmlərə, kitablara və məqalələrə nəzarət edin. Hər alimə etimad göstərməyin.
4. Xalq fitri olaraq dinə bağlıdır. Ona görə də fırıldaqçılar öz sözlərini din və məzhəb pərdəsi altında xalqa qəbul etdirirlər.
5. Bidət və iftira səbəblərindən biri dünyanı əldə etmək arzusudur.
6. Ən pis qazanc dini satmaqla əldə olunan qazancdır.
7. Əzabların ən ağırı xalqın düşüncə və etiqadına xəyanət edənlərin payına düşür.
8. Bidət nəticəsində tarixdə baş verən istənilən bir azğınlığın günahı bidətçinin boynunadır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 79-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 79-cu ayəsi nə haqqındadır?
Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra «bu, Allah tərəfindəndir» deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə görə!
Əl-Bəqərə surəsi 79-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 79-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 79-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 79-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 79-cu ayənin təfsiri nədir?
"Vay olsun o kəslər ki, öz əlləri ilə bəzi mətləbləri yazıb sonra deyərlər: "Bu, Allah tərəfindəndir!” Bununla azca pul əldə etmək istəyərlər. Vay onların halına öz əlləri ilə yazdıqlarından dolayı! Vay onların halına bu yolla ələ gətirdiklərindən dolayı!” Nöqtələr Bu "vəylun” (vay olsun) sözünün üç dəfə işləndiyi yeganə ayədir. Bu ayədə dünyapərəst alimlərin təhlükəsi bəyan olunur. Bildirişlər 1. Din çıxarmaq bəşər tarixinin təhlükəli cərəyanlarındandır. 2. Bidət, din çıxarmaq, din satmaq, xalq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.