Əl-Bəqərə surəsi · 80-cu ayə

Və dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz». De: «Allah tərəfindən bir əhd-peyman almısınız – ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz – yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 80
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yəhudilər) dedilər: "Cəhənnəm odu yalnız bir neçə məhdud gün bizə çata bilər.” De ki, yoxsa Allahdan bir əhd almısınız? Əlbəttə, Allah heç vaxt öz əhdinə xilaf çıxmır. Ya da Allaha bir şeyi aid edirsiniz ki, ondan xəbəriniz yoxdur?”
Nöqtələr
Yəhudilərin əqidə çaşqınlıqlarından biri də bu idi ki, deyirdilər: "Hətta biz günahkar da olsaq, cəzamız başqalarından azdır. Bir neçə gündən artıq əzab çəkməyəcəyik! Çünki biz başqalarından üstünük... Allah bu ayədə uyğun təfəkkür tərziniz üzərindən qara xətt çəkir.”
Bildirişlər
1. İmtiyaz tələbi yəhudilərin xüsusiyyətlərindəndir.
2. Yersiz düşüncə və danışıqları cavabsız buraxmayın.
3. Üstünlük tələbi, irqpərəstlik, əməlsiz arzu qadağandır.
4. Qanun qarşısında hamı bərabərdir. Allah xüsusi bir qövmün nicatı üçün vəd verməmişdir.
5. Din maarifindən xəbərsizlik nəticəsində, insan xurafatları dinə aid edir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 80-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 80-cu ayəsi nə haqqındadır?
Və dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz». De: «Allah tərəfindən bir əhd-peyman almısınız – ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz – yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!»
Əl-Bəqərə surəsi 80-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 80-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 80-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 80-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 80-cu ayənin təfsiri nədir?
"(Yəhudilər) dedilər: "Cəhənnəm odu yalnız bir neçə məhdud gün bizə çata bilər.” De ki, yoxsa Allahdan bir əhd almısınız? Əlbəttə, Allah heç vaxt öz əhdinə xilaf çıxmır. Ya da Allaha bir şeyi aid edirsiniz ki, ondan xəbəriniz yoxdur?” Nöqtələr Yəhudilərin əqidə çaşqınlıqlarından biri də bu idi ki, deyirdilər: "Hətta biz günahkar da olsaq, cəzamız başqalarından azdır. Bir neçə gündən artıq əzab çəkməyəcəyik! Çünki biz başqalarından üstünük... Allah bu ayədə uyğun təfəkkür tərziniz üzərindən qara ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.