Əl-Bəqərə surəsi · 89-cu ayə

Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Qur’an) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah tərəfindən onlara bildikləri nişanələri təsdiqləyən kitab gəldi. Bundan qabaq özlərinə ümid verirdilər ki, (yeni kitab və peyğəmbərin köməyi ilə) düşmənlərə qalib gələrlər. Amma elə ki, əvvəlcədən tanıdıqları onlara üz tutdu, ona kafir oldular. Allahın lənəti olsun kafirlərə!”
Nöqtələr
Ayədə yəhudilərin inadkarlıq və həvəsbazlığının digər təzahürləri bəyan olunur. Onlar Tövratın müjdəsi əsasında yeni peyğəmbərin intizarında idilər. Hətta bir-birlərinə qələbə müjdəsi verirdilər. İmam Sadiqin (ə) buyruğuna görə, onların Mədinədə qalmasının dəlillərindən biri bu şəhərin peyğəmbərin hicrət yeri olacağını bilmələri idi. Bu səbəbdən də Mədinədə sakin olmuşdular. Amma İslam peyğəmbəri zühur etdikdən sonra Tövratda qeyd olunmuş nişanələri görsələr də, küfrə uğradılar.("Maidə”, 18. )
Bildirişlər
1. İlahi dinlər bir-birlərinə qarşı çıxmır, əksinə bir-birlərini təsdiq edirlər.
2. Hər xoş münasibətə etimad göstərmək olmaz. Yəhudilər illər uzunu Mədinədə yeni peyğəmbərin zühur ümidi ilə sakin olsalar da, əməl məqamında küfr etdilər. (Öz eşq və intizarınızla qürrlənməyin. Əməl məqamı çatdıqda insanın halı dəyişə də bilir. Allah eləməmiş bu gün "Nüdbə” duası oxuyasan, sabah isə...)
3. Haqqı tanımaq və onu bilmək kafi deyil. Çoxları haqqı tanıdıqları halda inadkarlıqları səbəbindən kafir oldular.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 89-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 89-cu ayəsi nə haqqındadır?
Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Qur’an) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur...
Əl-Bəqərə surəsi 89-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 89-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 89-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 89-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 89-cu ayənin təfsiri nədir?
"Allah tərəfindən onlara bildikləri nişanələri təsdiqləyən kitab gəldi. Bundan qabaq özlərinə ümid verirdilər ki, (yeni kitab və peyğəmbərin köməyi ilə) düşmənlərə qalib gələrlər. Amma elə ki, əvvəlcədən tanıdıqları onlara üz tutdu, ona kafir oldular. Allahın lənəti olsun kafirlərə!” Nöqtələr Ayədə yəhudilərin inadkarlıq və həvəsbazlığının digər təzahürləri bəyan olunur. Onlar Tövratın müjdəsi əsasında yeni peyğəmbərin intizarında idilər. Hətta bir-birlərinə qələbə müjdəsi verirdilər. İmam Sadiq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.