Əl-Bəqərə surəsi · 94-cü ayə

De: «Əgər Allah yanında olan axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa, əgər doğruçusunuzsa onda ölümü arzulayın.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 94
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, əgər Allahın yanında axirət sarayı başqa xalqlara yox, sizə məxsusdursa, onda ölüm istəyin. Əgər doğru deyirsinizsə!”
Nöqtələr
Bəni-İsrailin yalan iddialarından, saysız xəyalpərvərliklərin-dən bəzilərini nəzərdən keçirək:
–Biz Allahın övladları və əzizləriyik.("Bəqərə”, 111.)
–Yəhudi və ya məsihi olmayan kimsə behiştə daxil olmaz.("Bəqərə”, 80. )
–Cəhənnəm odu bizə bir neçə gündən artıq təsir etməz.("Bihar”, c. 28, s. 233. ) Bu ayə onların bütün qurama xəyallarını və mövhumat düşüncələrini rədd edib buyurur: "Əgər sizin bu iddianız doğrudursa və dediyiniz sözlərə inanırsınızsa, ölümdən qorxmamalı, ondan qaçmamalısınız. Əksinə, behiştə daxil olmaq üçün ölüm arzulamalısınız!
Allahın övliyaları nəinki ölümdən qorxmurlar, əksinə, ölüm üçün həsrət çəkirlər. Necə ki, Həzrət Əli (ə) buyurur: "And olsun Allaha, Əbu-Talib övladının ölümə həvəsi, südəmər körpənin ana döşünə olan həvəsindən çoxdur.”("Təfsiri-Rahnüma”. )
Bəli, insan elə bir tərzdə yaşamalıdır ki, hər an ölümə hazır olsun. (Sürücü yalnız tanımadığı yoldan və uğursuz səfərdən qorxur. Yanacağı olan, qaçaq mal aparmayan, gedəcəyi yerdə yaşamağa yeri olan müsafir nə üçün qorxmalıdır?! Həqiqi mömin üçün bu səfər çox sevindiricidir.)
Bildirişlər
1. Puç xəyallar və mövhumatlarla sərt rəftar edin.
2. Millətpərəstlik və irqpərəstlik qiyamətədək davam edər.
3. Ən üstün hakim vicdandır.
4. Ölümə hazırlıq həqiqi və sədaqətli iman nişanəsidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 94-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 94-cü ayəsi nə haqqındadır?
De: «Əgər Allah yanında olan axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa, əgər doğruçusunuzsa onda ölümü arzulayın.»
Əl-Bəqərə surəsi 94-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 94-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 94-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 94-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 94-cü ayənin təfsiri nədir?
"De ki, əgər Allahın yanında axirət sarayı başqa xalqlara yox, sizə məxsusdursa, onda ölüm istəyin. Əgər doğru deyirsinizsə!” Nöqtələr Bəni-İsrailin yalan iddialarından, saysız xəyalpərvərliklərin-dən bəzilərini nəzərdən keçirək: –Biz Allahın övladları və əzizləriyik.("Bəqərə”, 111.) –Yəhudi və ya məsihi olmayan kimsə behiştə daxil olmaz.("Bəqərə”, 80. ) –Cəhənnəm odu bizə bir neçə gündən artıq təsir etməz.("Bihar”, c. 28, s. 233. ) Bu ayə onların bütün qurama xəyallarını və mövhumat düşüncələri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.