Əl-Bəqərə surəsi · 99-cu ayə

Həqiqət budur ki, Biz sənə aydın və aydınlıq gətirən ayələr nazil etdik və onlara ancaq fasiqlər kafir olarlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 99
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sənə doğru, aydın ayələr göndərdik. Yalnız fasiqlər onu inkar edər.”
Nöqtələr
İnsan həvəslər ardınca getməklə və günaha batmaqla haqq yoldan çıxır və küfrə meyl etməyə başlayır. Quran buyurur: "Günaha batanlar tövbə edib əvəzini çıxmasalar, onların işinin sonu inkar və küfrdür.(Yəhudilər "raina" sözünü təhqiredici bir məna nəzərdə tutaraq işlədirdilər. )
Əhvalatı əvvəlki iki ayədə qeyd olunmuş İbn Surya; Peyğəmbər (s) onun suallarını cavablandırdıqdan sonra başqa bir bəhanə tapmayıb dedi: "Sənə Mikail yox, Cəbrail vəhy gətirdiyi üçün biz də sənə iman gətirmirik.” Amma onun cavabı əvvəlki ayədə verildiyindən İbn Surya yəhudilərin avamlarına müraciət edir ki, o, aşkar bir dəlil gətirməmişdir. Ayə nazil oldu ki, məbada İbn Surya kimi alimlərin bəhanəçiliyi xalqı çaşdıra. Xalq bilməlidir ki, Bəni-İsrail bəhanə axtarır. Əslində isə aydın və möhkəm dəlillər göndərilmişdir və kimsə həzrətin peyğəmbərliyinə şübhə edə bilməz. Belə dəlillər gətirildiyi halda yalnız günahkarlar həvəsbazlıqları və günahlarının çoxluğu səbəbindən küfr edir, haqq yoldan çıxırlar.
Bildirişlər
1. Haqsız ittihamlar qarşısında mövqelər gücləndirilməlidir. Yəhudi alimləri həzrət Peyğəmbəri (s) haqsız yerə ittiham və onun möhkəm dəlili olmadığını bəhanə etdiklərindən Allah öz peyğəmbərini gücləndirdi.
2. Fəsad və günah küfr zəminəsidir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 99-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 99-cu ayəsi nə haqqındadır?
Həqiqət budur ki, Biz sənə aydın və aydınlıq gətirən ayələr nazil etdik və onlara ancaq fasiqlər kafir olarlar.
Əl-Bəqərə surəsi 99-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 99-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 99-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 99-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 99-cu ayənin təfsiri nədir?
"Sənə doğru, aydın ayələr göndərdik. Yalnız fasiqlər onu inkar edər.” Nöqtələr İnsan həvəslər ardınca getməklə və günaha batmaqla haqq yoldan çıxır və küfrə meyl etməyə başlayır. Quran buyurur: "Günaha batanlar tövbə edib əvəzini çıxmasalar, onların işinin sonu inkar və küfrdür.(Yəhudilər "raina" sözünü təhqiredici bir məna nəzərdə tutaraq işlədirdilər. ) Əhvalatı əvvəlki iki ayədə qeyd olunmuş İbn Surya; Peyğəmbər (s) onun suallarını cavablandırdıqdan sonra başqa bir bəhanə tapmayıb dedi: "Sənə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.