Əl-Əhzab ‏ surəsi · 37-ci ayə

(Ya Peyğəmbər, yada sal) o zaman(ı) ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın və camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) – möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik və maneə olmasın, və Allahın (yaradılış) əmri daim olasıdır.

Tez-tez Verilən Suallar

Əl-Əhzab ‏ surəsi 37-ci ayə haqqında suallar və cavablar

Əl-Əhzab ‏ surəsinin 37-ci ayəsi nə haqqındadır?
(Ya Peyğəmbər, yada sal) o zaman(ı) ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli ...
Əl-Əhzab ‏ surəsi 37-ci ayə hansı surədə yerləşir?
Əl-Əhzab ‏ surəsi Quran-ı Kərimin 33-ci surəsidir. Bu surə Məkkəvi surədir və 37-ci ayə Əl-Əhzab ‏ surəsinin tərkib hissəsidir.
Əl-Əhzab ‏ surəsi 37-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Əhzab ‏ surəsinin 37-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.