Əl-Ənam ‏ surəsi · 100-cu ayə

(Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 100
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar Allaha cinlərdən şəriklər qərar verdilər. Halbuki onları da Allah yaratmışdı. Nadanlıq səbəbindən Allah üçün oğlanlar və qızlar uydurdular. Allah onların vəsflərindən üstün və pakdır.”
Nöqtələr
Bir şeyin hesabla vücuda gətirilməsi "xələqə” adlanır. "Xərəqə” isə bir şeyin hesabsız paralanmasıdır. "Xərəqu”, yəni diqqət və götür-qoysuz bir mətləbi açıqlamaq, ya da hesabsız düzəltmək və dəlilsiz iddia etməkdir. 
Quranın bildirdiyinə əsasən, məsihilər həzrət İsanı, yəhudilər isə həzrət Üzeyri Allahın oğlu sayırdılar. Bəziləri də mələkləri Allahın övladları kimi qəbul edirdi. Zərdüştilər cinlərdən olan Əhriməni Allaha rəqib qərar vermişdilər. Onlar bütün pislikləri Əhrimənə aid edirdilər. Bəzi ərəblər də Allahla cin arasında hansısa qohumluğun olduğuna inanırdılar.  Bu ayə həmin gümanları batil sayaraq buyurur: "Allah bütün bu sifətlərdən pak və üstündür.”
Bildirişlər
1. Cəhalət xurafata meylin köküdür. (İnsanın Allaha əqidəsi elmə əsaslanmalıdır.)
2. Yaranmış yaradana necə şərik ola bilər?!
3. İzdivac və övlad sahibi olma hansısa naqisliyi tamlaşdırmaq üçündür. Allah bu sayaq eyblərdən pakdır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 100-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 100-cu ayəsi nə haqqındadır?
(Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır.
Əl-Ənam ‏ surəsi 100-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 100-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 100-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 100-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 100-cu ayənin təfsiri nədir?
"Onlar Allaha cinlərdən şəriklər qərar verdilər. Halbuki onları da Allah yaratmışdı. Nadanlıq səbəbindən Allah üçün oğlanlar və qızlar uydurdular. Allah onların vəsflərindən üstün və pakdır.” Nöqtələr Bir şeyin hesabla vücuda gətirilməsi "xələqə” adlanır. "Xərəqə” isə bir şeyin hesabsız paralanmasıdır. "Xərəqu”, yəni diqqət və götür-qoysuz bir mətləbi açıqlamaq, ya da hesabsız düzəltmək və dəlilsiz iddia etməkdir.  Quranın bildirdiyinə əsasən, məsihilər həzrət İsanı, yəhudilər isə həzrət Üzeyri ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.