Əl-Ənam ‏ surəsi · 107-ci ayə

Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər Allah istəyərdisə (hamı məcburi iman gətirərdi və) şirkə uğramazdı. (Amma ilahi sünnə, qanun belə deyildir.) Biz səni onlara nəzarətçi qərar vermədik və sən onlara (onların iman gətirməsinə) vəkil deyilsən.”
Nöqtələr
Allahın istək və iradəsi iki növdür: təşrii və təkvini. Allah təşrii (şəri) baxımdan bütün insanların hidayətini istəmişdir. Ona görə də peyğəmbər və səmavi kitablar göndərmişdir. Amma təkvini (təbii) baxımdan xalq öz iradəsi əsasında seçim aparmalı, dinin qəbuluna məcbur edilməməlidir.
Bildirişlər
1. Allahın istək və iradəsində dönüklük yoxdur.
2. Allahın iradəsi insanları azad buraxmaqdır. Müşriklərin varlığı bu iradə azadlığının göstəricisidir.
3. İlahi peyğəmbərlər xalqa ilahi göstərişləri zorla qəbul etdirən məmurlar yox, mürəbbi və müəllimlərdirlər.
4. Peyğəmbər müşriklərin bəlaya düşməsi və ya fayda əldə etməsi üçün məsuliyyət daşımır.
5. Peyğəmbərlər nəticə yox, vəzifələrini yerinə yetirməyə zamindirlər. Bütün səylərə baxmayaraq bir çoxları müşrik qaldı.
6. Peyğəmbərlər xalqın hidayəti üçün can yandırırdılar.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 107-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 107-ci ayəsi nə haqqındadır?
Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən).
Əl-Ənam ‏ surəsi 107-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 107-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 107-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 107-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 107-ci ayənin təfsiri nədir?
"Əgər Allah istəyərdisə (hamı məcburi iman gətirərdi və) şirkə uğramazdı. (Amma ilahi sünnə, qanun belə deyildir.) Biz səni onlara nəzarətçi qərar vermədik və sən onlara (onların iman gətirməsinə) vəkil deyilsən.” Nöqtələr Allahın istək və iradəsi iki növdür: təşrii və təkvini. Allah təşrii (şəri) baxımdan bütün insanların hidayətini istəmişdir. Ona görə də peyğəmbər və səmavi kitablar göndərmişdir. Amma təkvini (təbii) baxımdan xalq öz iradəsi əsasında seçim aparmalı, dinin qəbuluna məcbur edil...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.