Əl-Ənam ‏ surəsi · 109-cu ayə

Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: «Həqiqətən möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəlilin seçilməsi iddiaçının öhdəsinədir)». (Axı) siz nə biləsiniz ki, əgər o da gəlsə onlar (yenə də) iman gətirməyəcəklər?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ən ağır andları ilə Allaha and içdilər ki, əgər onlara möcüzə və nişanə gəlsə, hökmən ona iman gətirəcəklər. De ki, möcüzələr yalnız Allaha məxsusdur. (Onun əlindədir.) Nə bilirsiniz (Biz bilirik), əgər möcüzə də gəlsə, onlar iman gətirməyəcək.”
Nöqtələr
Qüreyşdən olan bir dəstə kafir həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: "Sən də Musa, İsa kimi möcüzələr gətir ki, sənə iman gətirək.” Həzrət soruşdu: "Nə edim?” Dedilər: "Səfa dağını qızıla çevir, ölülərimizi dirilt, Allah və mələkləri bizə göstər.” Sonra and içdilər ki, bu halda iman gətirəcəklər. Ayə nazil oldu ki, möcüzə Allahın əlindədir və xalqın istəyi ilə yox, ilahi hikmətlə gerçəkləşir.  Möcüzə xalqın istəklərini yerinə yetirəcək həddə yox, höccəti (dəlilləri) tamamlayacaq həddə zəruridir. Allahı görmək kimi istəklərin ağıla zidd olmasını bir kənara qoysaq da, varlıq nizamı oyuncaq deyildir ki, müşriklərin istəyi ilə dəyişdirilsin.
Bildirişlər
1. Məkkə müşrikləri Allahı qəbul edirdilər və Ona and içirdilər.
2. Müxaliflərin yalan andlarına aldanmayın.
3. Dəlil gətirək, amma axmaq istəklərə cavab verməyək.
4. Peyğəmbərlərin möcüzələri Allahın əlindədir.
5. İnadkarlıq sağalmaz dərddir və inadkarlar hansı möcüzəni görsələr də, iman gətirməzlər.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 109-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 109-cu ayəsi nə haqqındadır?
Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: «Həqiqətən möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəl...
Əl-Ənam ‏ surəsi 109-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 109-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 109-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 109-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 109-cu ayənin təfsiri nədir?
"Ən ağır andları ilə Allaha and içdilər ki, əgər onlara möcüzə və nişanə gəlsə, hökmən ona iman gətirəcəklər. De ki, möcüzələr yalnız Allaha məxsusdur. (Onun əlindədir.) Nə bilirsiniz (Biz bilirik), əgər möcüzə də gəlsə, onlar iman gətirməyəcək.” Nöqtələr Qüreyşdən olan bir dəstə kafir həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: "Sən də Musa, İsa kimi möcüzələr gətir ki, sənə iman gətirək.” Həzrət soruşdu: "Nə edim?” Dedilər: "Səfa dağını qızıla çevir, ölülərimizi dirilt, Allah və mələkləri bizə g...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.