Əl-Ənam ‏ surəsi · 111-cü ayə

Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 111
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər Biz onlara doğru mələkləri göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi (haqqa şahid olaraq) dəstə-dəstə onların qarşısında toplasaydıq, yenə iman gətirməzdilər. Yalnız Allah istəsəydi (məcburi iman gətirərdilər). Amma onların çoxu nadanlıq edir.”
Nöqtələr
Nəql olunduğuna görə, mələklərin nazil olması və ölülərlə danışılması müşriklərin istəklərindən idi. Halbuki müşriklər o qədər inadkar idilər ki, hətta mələklərin görünməsi kimi qeybi bir iş də baş versəydi, iman gətirməzdilər. Sədi deyir:
Əlindəki gövhər olsa da əgər,
Sığal verildikcə o gözəlləşər.
Amma ki, dəmirə çəkilən sığal,
İnan faydasızdır, dəyişməz bu hal.
İti yuyundursan yeddi dəryada,
Su dəysə murdardır, belədir qayda.
İsanın ulağı Məkkəyə getsə,
Çətin qayıdanda dəyişə nəsə.
"Qubul” sözü ya müqabil, ya da dəstə mənasını bildirir.
Ötən iki ayədə müşriklərin yalanları bəyan oldu. Onlar deyirdilər: "Əgər möcüzə gəlsə, iman gətirərik.” Bu ayədə həmin möcüzələrin nümunəsi göstərilir.
Ayənin oxşarı "Hicr” surəsinin 14-15-ci ayələrində bəyan olunmuşdur: "Əgər səmadan bir qapı açılsa və kafirlər oradan yuxarı qalxsalar, yenə deyərlər: "Gözlərimiz cadu edilib.”
Bildirişlər
1. İnadkar qəlb üçün heç bir ayə və nişanə iman zəminəsi ola bilməz.
2. Allah istəsə, hamını məcbur surətdə mömin edər. Amma bu, Onun hikmətinə uyğun deyildir.
3. Cəhalət ilahi ayələrə etiqadsızlıq amilidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 111-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 111-cü ayəsi nə haqqındadır?
Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.
Əl-Ənam ‏ surəsi 111-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 111-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 111-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 111-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 111-cü ayənin təfsiri nədir?
"Əgər Biz onlara doğru mələkləri göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi (haqqa şahid olaraq) dəstə-dəstə onların qarşısında toplasaydıq, yenə iman gətirməzdilər. Yalnız Allah istəsəydi (məcburi iman gətirərdilər). Amma onların çoxu nadanlıq edir.” Nöqtələr Nəql olunduğuna görə, mələklərin nazil olması və ölülərlə danışılması müşriklərin istəklərindən idi. Halbuki müşriklər o qədər inadkar idilər ki, hətta mələklərin görünməsi kimi qeybi bir iş də baş versəydi, iman gətirməzdilər. Sə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.