Əl-Ənam ‏ surəsi · 124-cü ayə

Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 124
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah tərəfindən onların hidayəti üçün ayə və nişanə nazil olduqda dedilər: «Nə qədər ki, Allahın elçilərinə verilən bizə verilməyib, heç vaxt iman gətirmərik. (De ki,) Allah yaxşı bilir ki, Öz risalətini harada (kimdə) qərar versin.» Tezliklə günah edənlərə etdikləri məkr və hiylənin cəzası olaraq Allah tərəfindən zəlillik və əzab yetişəcək.”
Nöqtələr
Ayənin nazil olma şəni haqqında deyilir ki, kafirlərin düşünən beyni olan Vəlid ibn Müğeyrə deyir: "Mənim yaşım və sərvətim Məhəmməddən çox olduğu üçün vəhy mənə gəlməlidir.” Belə bir iddia Əbu-Cəhlin dilindən də nəql olunur.
İlahi vəd bir qrup küfr başçıları haqqında gerçəkləşdi. Onlar Bədr döyüşündə öldürüldülər.
Bildirişlər
1. Qüdrətli başçılar özlərini üstün saydıqlarından təkəbbür göstərir və İslamın dəvətini qəbul etmirdilər.
2. İlahi seçim meyarı ləyaqətlərdən xəbərdarlıqdır.
3. Haqq qarşısında təkəbbürün nəticəsi zillət və xarlıqdır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 124-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 124-cü ayəsi nə haqqındadır?
Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında z...
Əl-Ənam ‏ surəsi 124-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 124-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 124-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 124-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 124-cü ayənin təfsiri nədir?
"Allah tərəfindən onların hidayəti üçün ayə və nişanə nazil olduqda dedilər: «Nə qədər ki, Allahın elçilərinə verilən bizə verilməyib, heç vaxt iman gətirmərik. (De ki,) Allah yaxşı bilir ki, Öz risalətini harada (kimdə) qərar versin.» Tezliklə günah edənlərə etdikləri məkr və hiylənin cəzası olaraq Allah tərəfindən zəlillik və əzab yetişəcək.” Nöqtələr Ayənin nazil olma şəni haqqında deyilir ki, kafirlərin düşünən beyni olan Vəlid ibn Müğeyrə deyir: "Mənim yaşım və sərvətim Məhəmməddən çox oldu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.