Əl-Ənam ‏ surəsi · 128-ci ayə

Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». Və onların insanlardan olan dostları deyəcəklər: «Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq». (Allah) buyuracaq: «Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 128
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Xatırlayın,) o gün ki, Allah onların hamısını toplayar, (sonra cinlərə xitab edərək buyurar:) Ey cin qövmü! İnsanlardan xeyli (ardıcıl) tapdınız.” Onların bəşər nəslindən olan dostları deyər: "Pərvərdigara! Biz insanlar və şeytanlar bir-birimizdən bəhrələndik. İndi də bizim üçün müəyyənləşdirdiyin aqibətə çatmışıq.” Allah buyurar: "Yeriniz atəşdir və həmişə onda qalacaqsınız. Yalnız Allah istəsə, (sizdən bir dəstəni bağışlasın,) elə olmaz. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir.”
Nöqtələr
Ötən ayələrdə şeytanların işlərinə və onların vəsvəsələrinə işarə olundu. Bu ayədə isə şeytanların vəsvəsəsini qəbul edənlərin aqibəti və cəhənnəm haqqında danışılır. Quran buyruğuna görə, şeytan cin nəslindəndir. Xalqı azdıran cin elə şeytanın özüdür.
Bildirişlər
1. Öz işimizin sonunu düşünək. (Hansı ayənin əvvəlində "yovm”, yəni gün sözü işlənirsə, məqsəd belə bir günü xatırlamaqdır.)
2. Cin də insan kimi vəzifəli və azaddır. Ona da xitab olunur, o da məzəmmət edilir, ona da mükafat və ya cəza verilir.
3. Şeytan bir dəstəni azdırmaqla kifayətlənmir. O, çoxlarını yoldan çıxarmışdır. 
4. Qiyamət mühakiməsi aşkardır.
5. Azdıran cinin qiyamət məzəmməti qarşısında deməyə sözü yoxdur. Yalnız onun insanlardan olan ardıcılları danışır.
6. İnsanların və cinin bəhrələnməsi qarşılıqlıdır.
7. Qiyamətdə insanlar və cin bir yerdə toplanıb məhşur olar.
8. Şeytanın vəsvəsələrinə ardıcıllıq insanı tədricən onun hakimiyyəti altına salar.
9. Azğınların cəzaları fərqlidir. Odda qalmaq Allahın iradəsindən asılıdır.
10. İlahi məhkəmənin hökmləri elm və hikmətə əsaslanır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 128-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 128-ci ayəsi nə haqqındadır?
Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». Və onların insanlardan olan dostları deyəcəklər: «Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onl...
Əl-Ənam ‏ surəsi 128-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 128-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 128-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 128-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 128-ci ayənin təfsiri nədir?
"(Xatırlayın,) o gün ki, Allah onların hamısını toplayar, (sonra cinlərə xitab edərək buyurar:) Ey cin qövmü! İnsanlardan xeyli (ardıcıl) tapdınız.” Onların bəşər nəslindən olan dostları deyər: "Pərvərdigara! Biz insanlar və şeytanlar bir-birimizdən bəhrələndik. İndi də bizim üçün müəyyənləşdirdiyin aqibətə çatmışıq.” Allah buyurar: "Yeriniz atəşdir və həmişə onda qalacaqsınız. Yalnız Allah istəsə, (sizdən bir dəstəni bağışlasın,) elə olmaz. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir.” Nö...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.