Əl-Ənam ‏ surəsi · 131-ci ayə

Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər və kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 131
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bu, (höccətin tamamlanması və xəbərdarlıq) onun üçündür ki, sənin Rəbbin heç vaxt zülm olaraq əhalisi qəflətdə olan abadlıqları məhv etmir. (Allah əvvəlcə xalqı qəflət və cəhalət girdabından çıxarır, peyğəmbərlərin vasitəsi ilə onlara xəbərdarlıq edir, sonra qəbul etməyənləri cəzalandırır).”
Nöqtələr
İlahi sünnəyə əsasən, doğru yol peyğəmbərlər vasitəsi ilə xalqa göstərilir. Həqiqətlər bəyan olunur, höccət və dəlillər tamamlanır. Bu halda etinasızlıq baş versə, cəza nazil olur. Bu qanun və sünnə Quranın müxtəlif ayələrində bəyan olunmuşdur. 
Bildirişlər
1. Günahkarı cəzalandırmaq Allahın rübubiyyət şənidir.
2. Xəbərdarlıq etmədən cəzalandırmaq zülm və qəbahətdir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 131-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 131-ci ayəsi nə haqqındadır?
Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər və kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.
Əl-Ənam ‏ surəsi 131-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 131-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 131-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 131-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 131-ci ayənin təfsiri nədir?
"Bu, (höccətin tamamlanması və xəbərdarlıq) onun üçündür ki, sənin Rəbbin heç vaxt zülm olaraq əhalisi qəflətdə olan abadlıqları məhv etmir. (Allah əvvəlcə xalqı qəflət və cəhalət girdabından çıxarır, peyğəmbərlərin vasitəsi ilə onlara xəbərdarlıq edir, sonra qəbul etməyənləri cəzalandırır).” Nöqtələr İlahi sünnəyə əsasən, doğru yol peyğəmbərlər vasitəsi ilə xalqa göstərilir. Həqiqətlər bəyan olunur, höccət və dəlillər tamamlanır. Bu halda etinasızlıq baş versə, cəza nazil olur. Bu qanun və sünn...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.