Əl-Ənam ‏ surəsi · 135-ci ayə

De: «Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 135
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"De ki, ey mənim qövmüm! Öz yerinizə və yolunuza əməl edin ki, mən də (öz yolum əsasında) əməl edim. Tezliklə biləcəksiniz ki, nəhayət o saray kimindir. Həqiqətən, zalımlar nicat tapmaz.”

Bildirişlər
1. İslam peyğəmbəri tutduğu yolun doğruluğuna əmin olduğundan ona əmr olunmuşdur ki, rəftarlarında öz qətiyyətini başqalarına elan etsin.
2. Xalqın boyun qaçırması peyğəmbərlərin vəzifəsini dəyişmir.
3. Xalqın taleyi onların öz əməllərindən asılıdır.
4. Müvəffəqiyyət meyarı ötəri görüntülər və səylər yox, gözəl sonluqdur.
5. Zalım nicat tapmaz.
6. Allah və peyğəmbər yolundan üz döndərmək zülmdür.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 135-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 135-ci ayəsi nə haqqındadır?
De: «Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».
Əl-Ənam ‏ surəsi 135-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 135-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 135-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 135-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 135-ci ayənin təfsiri nədir?
"De ki, ey mənim qövmüm! Öz yerinizə və yolunuza əməl edin ki, mən də (öz yolum əsasında) əməl edim. Tezliklə biləcəksiniz ki, nəhayət o saray kimindir. Həqiqətən, zalımlar nicat tapmaz.” Bildirişlər 1. İslam peyğəmbəri tutduğu yolun doğruluğuna əmin olduğundan ona əmr olunmuşdur ki, rəftarlarında öz qətiyyətini başqalarına elan etsin. 2. Xalqın boyun qaçırması peyğəmbərlərin vəzifəsini dəyişmir. 3. Xalqın taleyi onların öz əməllərindən asılıdır. 4. Müvəffəqiyyət meyarı ötəri görüntülər və səylə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.