Əl-Ənam ‏ surəsi · 140-cu ayə

Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş və Allahın onlara (övlad, əkin və mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar və onlar heç vaxt hidayətdə olmayıblar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 140
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Şübhəsiz, övladlarını səfehcəsinə, cəhalət üzündən öldürənlər ziyan etdilər. Allahın onlara ruzi verdiyini iftira ilə haram etdilər. Onlar yollarını azdılar, doğru yolu tapa bilmədilər.”

Nöqtələr
İbn-Abbas ilkin İslam dövrü böyüklərinin dilindən nəql edir: "Cəhalət dövründə qövmlərin cəhalət dərəcəsini bilmək istəyənlər müşriklərin xurafat və əsassız etiqadlarını bəyan edən "Ənam” surəsinin bu ayələrini oxusunlar.” 
Ərəb cahilləri bütlərə yaxınlaşmaq gümanı və ya abırlarını qorumaq üçün öz qızlarını gah bütlərə qurban verir, gah da diri-diri basdırırdılar.
Bildirişlər
1. Cəhalət və səfehlik zərər gətirir. (Övladı əldən vermək, insanlıq hisslərini alçaltmaq, halal nemətləri harama çıxarmaq, cəhənnəm və ilahi cəza qazanmaq belə zərərlərdəndir.)
2. Əsil zərər insanın batil yolda fəda olmasıdır. (İstər bütlərə qurbanlıq, istərsə də yersiz qeyrət həmin fədakarlıqlardandır.)
3. Halal nemətləri əsassız olaraq harama çıxarmaq Allaha iftiradır.
4. İstənilən bir işin yerinə yetirilməsi və ya bir şeyin qadağan edilməsi ya şəri, ya da əqli dəlil tələb edir.
5. Xurafatla sərt şəkildə rəftar edək.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 140-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 140-cu ayəsi nə haqqındadır?
Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş və Allahın onlara (övlad, əkin və mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar və onlar heç vaxt hidayətdə olmayıblar.
Əl-Ənam ‏ surəsi 140-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 140-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 140-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 140-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 140-cu ayənin təfsiri nədir?
"Şübhəsiz, övladlarını səfehcəsinə, cəhalət üzündən öldürənlər ziyan etdilər. Allahın onlara ruzi verdiyini iftira ilə haram etdilər. Onlar yollarını azdılar, doğru yolu tapa bilmədilər.” Nöqtələr İbn-Abbas ilkin İslam dövrü böyüklərinin dilindən nəql edir: "Cəhalət dövründə qövmlərin cəhalət dərəcəsini bilmək istəyənlər müşriklərin xurafat və əsassız etiqadlarını bəyan edən "Ənam” surəsinin bu ayələrini oxusunlar.”  Ərəb cahilləri bütlərə yaxınlaşmaq gümanı və ya abırlarını qorumaq üçün öz qızl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.