Əl-Ənam ‏ surəsi · 142-ci ayə

Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin) və (özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən o, sizin açıq-aşkar düşməninizdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 142
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dördayaqlılardan bəzisi yük daşıyan, bəzisi yük daşımayan və döşənəcək kimidir. (Yerə yaxındır. Onların yunundan və tükündən xalça üçün istifadə olunur.) Allahın sizə ruzi qərar verdiklərindən yeyin və şeytanın addımlarına tabe olmayın. Çünki o, sizin aşkar düşməninizdir.”
Nöqtələr
Ötən ayədə Allahın nemətlərindən olan əkinçilik məhsullarına işarə olundu. Burada heyvandarlıqdan və onun bəhrələrindən söhbət açılır.
«Fərş», «xalça», «döşənəcək» dedikdə qoyun kimi bədəni yerə yaxın olan, döşənəcəyə oxşayan dördayaqlılar nəzərdə tutulur. Onların yunundan və tükündən xalça hazırlanması da nəzərdə tutula bilər.
Bir çox təfsirçilər "Həmulə” sözünü yük daşıyan heyvan mənasında qeyd etmişlər. "Fərş” sözü isə yük daşımayan heyvanlar kimi təbir olunmuşdur.
Bildirişlər
1. Varlıq aləmi və onda olanlar insana ramdır.
2. Heyvanlara münasibətdə ümumi qanun, haramlıqlarına dəlil olmadıqda, onların istifadəyə halal olmasıdır.
3. Halal nemətlərin haram olunması şeytani addımlardandır.
4. Bu gün dünyada çox qövmlər arasında rəvac tapmış ət yeməmək və ətdən istifadənin qadağası haramdır və deyilənlərin bir nümunəsidir.
5. İstifadə etdiyimiz qidalara diqqətli olaq. Çünki şeytan Adəmə qarşı ilkin olaraq qidadan istifadə etdi.
6. Allahın süfrəsi arxasında Onun düşməninə itaət etməyək.
7. Şeytanın siyasəti birdəfəyə yox, tədrici azdırmadır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 142-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 142-ci ayəsi nə haqqındadır?
Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin) və (özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən o, sizin açıq-aşkar düşməninizd...
Əl-Ənam ‏ surəsi 142-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 142-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 142-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 142-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 142-ci ayənin təfsiri nədir?
"Dördayaqlılardan bəzisi yük daşıyan, bəzisi yük daşımayan və döşənəcək kimidir. (Yerə yaxındır. Onların yunundan və tükündən xalça üçün istifadə olunur.) Allahın sizə ruzi qərar verdiklərindən yeyin və şeytanın addımlarına tabe olmayın. Çünki o, sizin aşkar düşməninizdir.” Nöqtələr Ötən ayədə Allahın nemətlərindən olan əkinçilik məhsullarına işarə olundu. Burada heyvandarlıqdan və onun bəhrələrindən söhbət açılır. «Fərş», «xalça», «döşənəcək» dedikdə qoyun kimi bədəni yerə yaxın olan, döşənəcəy...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.