Əl-Ənam ‏ surəsi · 147-ci ayə

Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 147
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"(Ey peyğəmbər!) Əgər səni təkzib etdilərsə, de ki, Allahınız geniş rəhmət sahibidir. (Amma) Onun əzabı günahkar qövmdən dəf olmaz.”

Bildirişlər

1. Rəhbər bəzi insanlardan təkzib və böhtan eşitməyə hazır olmalıdır.

2. Təkzib edənlərlə öncə xeyirxahlıqla rəftar edilməli, əgər təsir olmasa hədələmədən istifadə olunmalıdır.

3. Tərbiyəçi rəhmət dəryası olmalıdır.

4. Qorxu və ümid yanaşı olduqda səmərə verir.

5. İlahi rəhmət qapıları hətta müxaliflərin də üzünə bağlı deyil.

6. Allahın rəhməti Onun qəzəbindən çoxdur.

7. İlahi rəhmətin genişliyi Allahın cəza verməsinə mane olmur. Əlbəttə ki, Allahın cəzası da insanın tərbiyəsi üçündür və ilahi rəhmət və rübubiyyətdən qaynaqlanır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 147-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 147-ci ayəsi nə haqqındadır?
Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».
Əl-Ənam ‏ surəsi 147-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 147-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 147-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 147-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 147-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər!) Əgər səni təkzib etdilərsə, de ki, Allahınız geniş rəhmət sahibidir. (Amma) Onun əzabı günahkar qövmdən dəf olmaz.” Bildirişlər 1. Rəhbər bəzi insanlardan təkzib və böhtan eşitməyə hazır olmalıdır. 2. Təkzib edənlərlə öncə xeyirxahlıqla rəftar edilməli, əgər təsir olmasa hədələmədən istifadə olunmalıdır. 3. Tərbiyəçi rəhmət dəryası olmalıdır. 4. Qorxu və ümid yanaşı olduqda səmərə verir. 5. İlahi rəhmət qapıları hətta müxaliflərin də üzünə bağlı deyil. 6. Allahın rəhməti Onun qə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.