Əl-Ənam ‏ surəsi · 15-ci ayə

De: «Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, Rəbbimə qarşı itaətsizlik etsəm, həqiqətən böyük günün əzabından qorxuram.”
Nöqtələr
Xof, qorxu iki növdür: cihaddan qorxu kimi bəyənilməmiş qorxu; ilahi əzabdan qorxu kimi bəyənilmiş qorxu.
Bildirişlər
1. İlahi qanunlar hamı üçün eynidir. Allahın peyğəmbəri də günaha yol versə, Onun bəlasından qorxmalıdır.
2. Allahın övliyaları tağutdan və xalqdan yox, Allahın qəzəbindən qorxurlar.
3. Allahın rübubiyyətinə diqqət insanın günahdan çəkinməsini tələb edir.
4. Cəza qorxusu büdrəmə və xatadan qoruyan amillərdəndir.
5. Allah rəsulunun qiyamət qorxusunu izhar etməsi başqalarının tərbiyəsində müsbət rola malikdir.
6. Başqalarını həvəsləndirib onlara vəd edərkən qiyamət hesabı inancından istifadə edin. (Əvvəlki ayənin nazilolma şənində bildirildi ki, peyğəmbərə öz dəvətindən əl çəkmək təklif olundu. Ona deyilirdi ki, əgər öz təbliğindən əl götürsə, ehtiyacları ödənilər. Amma peyğəmbər belə buyurdu: "Mən qiyamətdən qorxuram.”)

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 15-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 15-ci ayəsi nə haqqındadır?
De: «Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram.»
Əl-Ənam ‏ surəsi 15-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 15-ci ayənin təfsiri nədir?
"De ki, Rəbbimə qarşı itaətsizlik etsəm, həqiqətən böyük günün əzabından qorxuram.” Nöqtələr Xof, qorxu iki növdür: cihaddan qorxu kimi bəyənilməmiş qorxu; ilahi əzabdan qorxu kimi bəyənilmiş qorxu. Bildirişlər 1. İlahi qanunlar hamı üçün eynidir. Allahın peyğəmbəri də günaha yol versə, Onun bəlasından qorxmalıdır. 2. Allahın övliyaları tağutdan və xalqdan yox, Allahın qəzəbindən qorxurlar. 3. Allahın rübubiyyətinə diqqət insanın günahdan çəkinməsini tələb edir. 4. Cəza qorxusu büdrəmə və xatada...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.