Əl-Ənam ‏ surəsi · 156-cı ayə

Məbada «(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq» deyəsiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 156
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Biz onu nazil etdik ki,) deməyəsiniz: səmavi kitab yalnız bizdən əvvəl olmuş iki tayfaya (yəhudi və məsihilərə) nazil olmuşdur və biz onların elmindən xəbərsiz qalmışıq.”
Nöqtələr
"Mübarək” sözü "bərəkət” kökündən olub iki məna daşıyır. Güclü və sabit kök; daimi inkişaf. Quran həm əsas, dəyişməz və möhkəm qanunlara malikdir, həm də zaman ötdükcə onun sirləri üzərindən pərdələr götürülür. Günlər keçdikcə Quran daha çox aydın olur.
Ayədəki "ən təqulu” təbiri belə mənalandırılır ki, "deməyəsiniz və bəhanə gətirməyəsiniz.”
Ayədəki "dirasət” sözü tilavət və elm mənasını bildirir.
Bildirişlər
1. Quran yalnız nəzəri kitab deyil. Quran səadət kitabıdır və o, insana əməl proqramı təqdim edir.
2. Bəşəriyyətin xoşbəxtliyi iki şeydədir: Haqqa itaət və batildən çəkinmək.
3. Allah höccəti (dəlilləri) xalqa tamamlamışdır.
4. Müsəlmanların təbliğat mexanizmi hər bir ölkə, millət, dil üçün günün səviyyəsində dəqiq proqramlar hazırlamalıdır. Bu yolla höccət tamamlanar, bəhanələr kəsilər. Kimsə deyə bilməz ki, biz haqdan xəbərsiz olmuşuq.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 156-cı ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 156-cı ayəsi nə haqqındadır?
Məbada «(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq» deyəsiniz.
Əl-Ənam ‏ surəsi 156-cı ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 156-cı ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 156-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 156-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 156-cı ayənin təfsiri nədir?
"(Biz onu nazil etdik ki,) deməyəsiniz: səmavi kitab yalnız bizdən əvvəl olmuş iki tayfaya (yəhudi və məsihilərə) nazil olmuşdur və biz onların elmindən xəbərsiz qalmışıq.” Nöqtələr "Mübarək” sözü "bərəkət” kökündən olub iki məna daşıyır. Güclü və sabit kök; daimi inkişaf. Quran həm əsas, dəyişməz və möhkəm qanunlara malikdir, həm də zaman ötdükcə onun sirləri üzərindən pərdələr götürülür. Günlər keçdikcə Quran daha çox aydın olur. Ayədəki "ən təqulu” təbiri belə mənalandırılır ki, "deməyəsiniz ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.