Əl-Ənam ‏ surəsi · 160-cu ayə

Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların nə savabları azaldılacaq və nə də cəzaları artırılacaqdır).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 160
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Hər kəs yaxşılıq gətirsə, onun üçün (gətirdiyinin) on qat əvəzi var. Hər kəs pislik gətirsə, həmin qədər cəza görəcək. Onlara heç vaxt zülm olunmayacaq.”

 

Nöqtələr
Ayədəki "caə” sözündən məlum olur ki, haqqında danışılan mükafat və cəza qiyamət mühakiməsinə aiddir. Axı bir çox pisliklər tövbə vasitəsi ilə məhv olur və ya yaxşılığa çevrilir. Həmin pisliklər bağışlana da bilər. Eləcə də, riyakarlıq, xudbinlik, təkəbbür və digər günahlar vasitəsi ilə puça çıxan yaxşılıqlar çoxdur. Demək, yalnız qiyamət səhnəsinə gəlib çıxan əməl meyardır.
Ayə yaxşı və pis əməl haqqında olsa da, rəvayətlərə əsasən, xeyir niyyətin də savabı var. Amma pis niyyət əmələ çevrilməyincə, onun müqabilində cəza verilməz. Bu, ilahi bir fəzldir.
Rəvayətdə deyilir: "Hər kəs ayda üç gün oruc tutsa, bütün ayı oruc tutmuş kimidir. Çünki oruc tutulan hər gün on gün hesablanır.
On qat mükafat ən az nəzərdə tutulan mükafatdır. Bəzi əməllərin bəzi şəraitlərdə bəzi fərdlər üçün yeddi yüz qat mükafatı olur.
On qat ilahi əvəzdən yalnız biri muzddur. Doqquz hissə isə ilahi fəzldir. 
Sual: Əgər günahkarın cəzası onun günahı qədərdirsə, bəs nə üçün bir gün oruc tutmağa görə 60 gün kəffarə orucu tutulur?
Cavab: Ayədə "misl” sözü ədəd mənasında deyil. Məqsəd keyfiyyət və necəlikdir. Ramazan ayı orucunun bir günü başqa aylardakı orucun altmış gününə bərabərdir. Necə ki, Qədr gecəsi əhəmiyyət baxımından min aydan üstündür. Ayədəki bəyanda ədəd üstünlüyü yox, əhəmiyyət nəzərdə tutulur.
Bildirişlər
1. İslamın tərbiyə üsulunda təşviq on qat tənbeh kimidir.
2. Təşviq bir neçə qat artıq olsa, zülm olmaz, amma həddi aşmış cəza zülmdür.
3. Allah mükafat verməkdə Öz fəzli ilə rəftar edir. Cəza isə ədalət əsasında verilir.
4. İnsanın əməlləri daim, hər yerdə onunladır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 160-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 160-cu ayəsi nə haqqındadır?
Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların nə...
Əl-Ənam ‏ surəsi 160-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 160-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 160-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 160-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 160-cu ayənin təfsiri nədir?
"Hər kəs yaxşılıq gətirsə, onun üçün (gətirdiyinin) on qat əvəzi var. Hər kəs pislik gətirsə, həmin qədər cəza görəcək. Onlara heç vaxt zülm olunmayacaq.”   Nöqtələr Ayədəki "caə” sözündən məlum olur ki, haqqında danışılan mükafat və cəza qiyamət mühakiməsinə aiddir. Axı bir çox pisliklər tövbə vasitəsi ilə məhv olur və ya yaxşılığa çevrilir. Həmin pisliklər bağışlana da bilər. Eləcə də, riyakarlıq, xudbinlik, təkəbbür və digər günahlar vasitəsi ilə puça çıxan yaxşılıqlar çoxdur. Demək, yalnız q...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.