Əl-Ənam ‏ surəsi · 163-cü ayə

«Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam (insan və cinlərin içində ilk müsəlman şəxsəm)».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 163
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onun şəriki yoxdur, Mənə (təslim ruhu, xalislik, bəndəlik) əmr olunmuşdur. Mən ilk müsəlmanam, Rəbbimə təsliməm.”
Nöqtələr
Nəql olunur ki, həzrət Peyğəmbər (s) namaz astanasında bu ayələri oxuyardı. 
Ölüm həyatı, həyat ibadətləri, ibadətlər isə namazı əhatə edir. Ona görə də namaz ibadətlərin mərkəzində özəkdir.
İslam ilahi əmrlər qarşısında təslimçilik mənasındadır və bütün peyğəmbərlərin müsəlmançılığı bildirilmişdir. Həzrət Nuh özünü müsəlman saymışdır. Həzrət İbrahim Allahdan istəyir ki, onu və ondan olan nəslini özünə təslim qərar versin.  Həzrət Yusif də öz növbəsində Allahdan diləyir ki, müsəlman olaraq ölsün.  İslam peyğəmbəri isə ilkin müsəlmandır. Bu, həzrətin həm öz dövründə ilkin müsəlmanlığına, həm də məqamca ilkin müsəlmanlığına işarə ola bilər.
Bildirişlər
1. Azğın yollar müqabilində öz yolunuzu və məqsədinizi qəti şəkildə iftixar duyaraq elan edin.
2. Namaz ibadətlərdən biri olsa da, ayrıca zikr olunması onun xüsusi əhəmiyyətini göstərir.
3. Xalis insanlar öz təkvini (ölüm və həyat) və təşrii (namaz və ibadət) yollarını yalnız Allah üçün nəzərdə tuturlar.
4. Namazda Allaha yaxınlıq (qürbət) məqsədində olduğunuz kimi, hər nəfəs çəkdikdə, ölüm və həyatımızda da belə bir məqsəddə qala bilərik.
5. Ölüm və həyat yox, ölüm və həyatdakı məqsəd, onların ilahiliyi mühümdür.
6. Allahın razılığı üçün görülən bütün işlər təkamül səbəbidir.
7. Ölüm və həyat bizim əlimizdə deyil, amma onları istiqamətləndirmək öz əlimizdədir.
8. İşlərdə ixlaslı, səmimi olmaq Allahın göstərişidir.
9. Cəmiyyətin rəhbəri ilahi yolda getməkdə və ilahi göstərişləri həyata keçirməkdə öncül olmalıdır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 163-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 163-cü ayəsi nə haqqındadır?
«Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam (insan və cinlərin içində ilk müsəlman şəxsəm)».
Əl-Ənam ‏ surəsi 163-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 163-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 163-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 163-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 163-cü ayənin təfsiri nədir?
"Onun şəriki yoxdur, Mənə (təslim ruhu, xalislik, bəndəlik) əmr olunmuşdur. Mən ilk müsəlmanam, Rəbbimə təsliməm.” Nöqtələr Nəql olunur ki, həzrət Peyğəmbər (s) namaz astanasında bu ayələri oxuyardı.  Ölüm həyatı, həyat ibadətləri, ibadətlər isə namazı əhatə edir. Ona görə də namaz ibadətlərin mərkəzində özəkdir. İslam ilahi əmrlər qarşısında təslimçilik mənasındadır və bütün peyğəmbərlərin müsəlmançılığı bildirilmişdir. Həzrət Nuh özünü müsəlman saymışdır. Həzrət İbrahim Allahdan istəyir ki, on...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.