Əl-Ənam ‏ surəsi · 164-cü ayə

De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?! Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür. Sonra dönüşünüz Rəbbinizə tərəfdir. Beləliklə O, sizi barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 164
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, bir olan Allahdan savay tanrımı axtaraq? Halbuki O hər şeyin Rəbbidir. Hər kəs (pis işi) yalnız öz ziyanına görür. Kimsə başqasının (günah) yükünü çiyninə götürməz. Qayıdışınız sizi ixtilafda olduğunuz şeylərdən agah edən Rəbbinizə doğrudur.”
Nöqtələr
Cəzalandırmada ilahi ədalət və kimsənin başqasının günahına şərik olmaması mövzusu təkcə İslamda yox, İbrahim və Musaya nazil olanlarda da öz əksini tapmışdır. 
Sual: Əgər bir şəxs başqasının günahını çiyninə almırsa, nə üçün Quranda buyurulur ki, azğın rəhbərlər öz ardıcıllarının da günahına cavabdehdirlər? 
Cavab: Uyğun buyuruq əsassız deyil. Çünki azğın rəhbərlər başqalarını da doğru yoldan ayırır və azdırma günahını öhdələrinə götürürlər.
Zinaya yol vermiş hamilə bir qadını cəzalandırmaq üçün Ömərin yanına gətirirlər. Ömər qadının daş-qalaq edilməsi göstərişini verir. Həzrət Əli (ə) buyurur: "Ananın günahından onun bətnindəki körpəyə nə?” Sonra uyğun ayəni oxuyur. 
Bildirişlər
1. Çirkin əməl sahibləri və müşriklərlə rəftarda öz haqq mövqeyimizi qəti şəkildə elan edək.
2. Oyaq vicdan içdən gələn sualları ən yaxşı şəkildə cavablandırandır.
3. Allah bütün varlıq aləminin yeganə Rəbbi olduğu kimi, mənim də Rəbbimdir.
4. Xalqın küfr və şirki, fitnə-fəsadı Allaha heç bir zərər vurmur və onların özləri üçün təhlükəlidir.
5. Allah qarşısında hər kəs öz əməlinin məsuliyyətini daşıyır.
6. Qiyamətin bərpası və insanların sorğusu ilahi rübubiyyət cilvələrindəndir.
7. Dünyanın da bir sonu var. İnadkarlıq göstərərək inkar etdiklərimizdən bir gün agah olasıyıq.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 164-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 164-cü ayəsi nə haqqındadır?
De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?! Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür. Sonra dönüşünüz Rəbbinizə tərəfdir. Beləliklə O, sizi barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.
Əl-Ənam ‏ surəsi 164-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 164-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 164-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 164-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 164-cü ayənin təfsiri nədir?
"De ki, bir olan Allahdan savay tanrımı axtaraq? Halbuki O hər şeyin Rəbbidir. Hər kəs (pis işi) yalnız öz ziyanına görür. Kimsə başqasının (günah) yükünü çiyninə götürməz. Qayıdışınız sizi ixtilafda olduğunuz şeylərdən agah edən Rəbbinizə doğrudur.” Nöqtələr Cəzalandırmada ilahi ədalət və kimsənin başqasının günahına şərik olmaması mövzusu təkcə İslamda yox, İbrahim və Musaya nazil olanlarda da öz əksini tapmışdır.  Sual: Əgər bir şəxs başqasının günahını çiyninə almırsa, nə üçün Quranda buyuru...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.