Əl-Ənam ‏ surəsi · 24-cü ayə

Gör özlərinə qarşı necə yalan deyirlər. Və uydurduqları şey onların nəzərlərindən yox oldu (bütlər barəsində güman etdikləri işlər və əzəmət puça çıxdı)!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bax ki, öz əleyhlərinə necə yalan dedilər? (Düzəltdikləri bütlər və şəriklər məhv oldu.) Yalan və iftira olaraq Allaha aid etdikləri əllərindən çıxdı.”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Ləm təkun fitnətuhum” təbirindəki "fitnə” müşriklərin üzrxahlığına işarədir.” 
«Zəlləş-şəy» bir şeyin məhv olmasını bildirir. 
Yalançılar dünyada qazandıqları xasiyyətlərin tələbi ilə qiyamətdə də yalan deyirlər. 
Həzrət Əli (ə) bu ayə ilə bağlı buyurur: "Bu yalandan sonra onların dodaqlarına möhür vurular və digər əzaları haqqı təkrarlayar.” 
İmam Sadiq (ə) buyurmuşdur: "Allah qiyamət günü kimsənin ağlına gəlməyəcək şəkildə bağışlayar. Hətta müşriklər də deyər: "Biz müşrik olmamışıq.” (Bununla bağışlama diləyərlər.) 
Bildirişlər
1. Qiyamət o qədər qətidir ki, sanki indi də vardır. Peyğəmbər (s) bu dünyada da bəsirət gözü ilə qiyamət səhnələrinə şahid ola bilər.
2. Qeyri-ilahi istinadgahlar məhv olacaqdır.
3. İlahi məhkəmədə insanın yalanları və andları səmərəsizdir.
4. Qeyri-ilahi istinadgahlara bir bu qədər israr boş xəyaldan başqa bir şey deyildir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 24-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 24-cü ayəsi nə haqqındadır?
Gör özlərinə qarşı necə yalan deyirlər. Və uydurduqları şey onların nəzərlərindən yox oldu (bütlər barəsində güman etdikləri işlər və əzəmət puça çıxdı)!
Əl-Ənam ‏ surəsi 24-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 24-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 24-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 24-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 24-cü ayənin təfsiri nədir?
"Bax ki, öz əleyhlərinə necə yalan dedilər? (Düzəltdikləri bütlər və şəriklər məhv oldu.) Yalan və iftira olaraq Allaha aid etdikləri əllərindən çıxdı.” Nöqtələr İmam Sadiq (ə) buyurmuşdur: "Ləm təkun fitnətuhum” təbirindəki "fitnə” müşriklərin üzrxahlığına işarədir.”  «Zəlləş-şəy» bir şeyin məhv olmasını bildirir.  Yalançılar dünyada qazandıqları xasiyyətlərin tələbi ilə qiyamətdə də yalan deyirlər.  Həzrət Əli (ə) bu ayə ilə bağlı buyurur: "Bu yalandan sonra onların dodaqlarına möhür vurular v...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.