Əl-Ənam ‏ surəsi · 25-ci ayə

Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və (haqq sözü eşitməsinlər deyə) qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər «bu, (Qur’an) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir» deyəcəklər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlardan bəziləri sənin sözünə qulaq asılar. Həmin sözü anlamamaları üçün onların qəlblərinə pərdə çəkmişik. Onların qulaqlarında (haqqa münasibətdə) ağırlıq qərar verdik. Onlar o qədər inadkardırlar ki, istənilən bir ayə və möcüzə görsələr, yenə də iman gətirməzlər. Bir həddə ki, yanına gəldikdə səninlə mübahisə edərlər. Kafir olanlar deyərlər: "Bu, qədimkilərə aid əfsanələrdən başqa bir şey deyildir.”

     

    Nöqtələr
    Bu ayənin nazilolma şəni haqqında deyilir ki, Əbu-Sufyan, Vəlid ibn Muğeyrə, Utbə, Şeybə və Nəzr ibn Haris Kəbə kənarında peyğəmbərin Quran tilavətini dinləyirdilər. Onlar Nəzrə dedilər: "Nə oxuyur?” Nəzr dedi: "And olsun Kəbənin Allahına ki, oxuduğunu anlamıram, amma bu, qədimkilərin əfsanələrindən başqa bir şey deyil. Mən bu dastanların oxşarını sizə danışmışam.” Sonra bu ayə nazil oldu.
    "Əkinnə” pərdə mənasını bildirir. "Vəqr” ağırlıq, "əsatir” dinlənilməsi cazibəli olan ardıcıl və xəyali mətləblərdir.
    Qəlbə pərdə çəkilməsi və qulaqların ağırlaşdırılması müşriklərdəki inadkarlıq ruhiyyəsinə əsaslanır. 
    Əvvəlki ayədə söhbət müşriklərdən getsə də, bu ayədəki "əlləzinə kəfəru” təbirindən müşriklərin həmin kafirlər olduğu məlum olur.
    Bildirişlər
    1. Peyğəmbərlər və ilahi rəhbərlər kafirlərin və müxaliflərin, eləcə də, onların tərəfdarlarının ruhiyyələrindən xəbərdar olmalıdırlar.
    2. Bütün kafirlərdən əlinizi üzməyin, onların bəziləri inadkardır.
    3. Quran dinləmək qəlbə təsir göstərdikdə dəyərli olur.
    4. Kafirlər öz inkarları üzərində möhkəm dayanmışlar. Elə bu səbəbdən də Allah onların qəlbinə pərdə çəkir.
    5. İnadkarlıq dərmansız dərddir. O, dalğalı güzgü tək ən gözəl surətləri çirkin göstərir.
    6. Əgər bir insan mübahisə, bədgümanlıq, mənfi bir ruhiyyə ilə hətta peyğəmbərlə görüşsə belə, bəhrəsiz qalacaq.
    7. Peyğəmbərlərə münasibətdə kafirlərin heç bir düzgün və məntiqi müddəaları olmamışdır. Onlar məntiqsizlik və haqsızlıq səbəbindən höcətləşmə və böhtana əl atmışlar.
    8. Quran kafirlər və müşriklər üçün də cazibədardır. («Əsatir» gözəl söhbət mənasını bildirir.)

    Tez-tez Verilən Suallar

    Əl-Ənam ‏ surəsi 25-ci ayə haqqında suallar və cavablar

    Əl-Ənam ‏ surəsinin 25-ci ayəsi nə haqqındadır?
    Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və (haqq sözü eşitməsinlər deyə) qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə müba...
    Əl-Ənam ‏ surəsi 25-ci ayə hansı surədə yerləşir?
    Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 25-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
    Əl-Ənam ‏ surəsi 25-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Əl-Ənam ‏ surəsinin 25-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Əl-Ənam ‏ surəsi 25-ci ayənin təfsiri nədir?
    "Onlardan bəziləri sənin sözünə qulaq asılar. Həmin sözü anlamamaları üçün onların qəlblərinə pərdə çəkmişik. Onların qulaqlarında (haqqa münasibətdə) ağırlıq qərar verdik. Onlar o qədər inadkardırlar ki, istənilən bir ayə və möcüzə görsələr, yenə də iman gətirməzlər. Bir həddə ki, yanına gəldikdə səninlə mübahisə edərlər. Kafir olanlar deyərlər: "Bu, qədimkilərə aid əfsanələrdən başqa bir şey deyildir.”   Nöqtələr Bu ayənin nazilolma şəni haqqında deyilir ki, Əbu-Sufyan, Vəlid ibn Muğeyrə, Utbə...
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.