Əl-Ənam ‏ surəsi · 27-ci ayə

Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) «kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!» deyərlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər onları od ağzında saxlanılan vaxt görsəydin, (eşidərdin ki,) deyirlər: "Kaş ki, yenidən dünyaya qaytarılaydıq, Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq.”
Nöqtələr
Quran ayələrinə əsasən, onlar həm ölüm astanasında, həm qəbirdə, həm də qiyamətdə dünyaya qayıtmağı arzulayarlar. 
23-cü ayədə müşriklər öz şirklərini inkar edirdilər. Amma bu ayədə onlar etiraf edir, dünyaya qayıdıb öz günahlarını yumaq istəyirlər.
Bildirişlər
1. Kafirlər oda çəkilən zaman dəhşətə düşüb zillət içində nalə çəkirlər. Qiyamətin müxtəlif mərhələləri və dayanacaqları var. Bəzi mərhələlərdə günahkarlar nalə çəkir, bəzi dayanacaqlarda onların ağızlarına sükut möhürü vurulur.
2. İlahi ayələrin inkarı axirətdə peşmançılığa səbəb olur.
3. Nə qədər ki, dünyada fürsət var, iman gətirək. Çünki axirətdən geri qayıtmağa macal yoxdur. Qiyamətdə dünyaya qayıdıb iman gətirmək və itaət etmək arzusu kafirlərin arzularındandır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 27-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 27-ci ayəsi nə haqqındadır?
Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) «kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!» deyərlər.
Əl-Ənam ‏ surəsi 27-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 27-ci ayənin təfsiri nədir?
"Əgər onları od ağzında saxlanılan vaxt görsəydin, (eşidərdin ki,) deyirlər: "Kaş ki, yenidən dünyaya qaytarılaydıq, Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq.” Nöqtələr Quran ayələrinə əsasən, onlar həm ölüm astanasında, həm qəbirdə, həm də qiyamətdə dünyaya qayıtmağı arzulayarlar.  23-cü ayədə müşriklər öz şirklərini inkar edirdilər. Amma bu ayədə onlar etiraf edir, dünyaya qayıdıb öz günahlarını yumaq istəyirlər. Bildirişlər 1. Kafirlər oda çəkilən zaman dəhşətə düşüb zill...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.