Əl-Ənam ‏ surəsi · 28-ci ayə

(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 28
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Belə deyil,) əksinə, əvvəllər gizlədikləri (həmin gün) onlar üçün aşkar olub. Əgər onlar (öz arzularına əsasən) dünyaya qaytarılsalar, şübhəsiz, yenə də qadağan olunanlara qayıdarlar. Onlar həqiqətən yalançıdırlar.”
Nöqtələr
Qiyamət günü xalqın gizli sirlərinin aşkar olduğu gündür. Quran bu həqiqətə dəfələrlə işarə etmişdir. 
Bildirişlər
1. Qiyamətdə insanların bütün sirləri və gizli işləri açılar.
2. Axirətdən dünyaya qayıtmaq mahaldır (mümkünsüzdür).
3. Bəzilərinin islah olacağına heç bir ümid yoxdur. Onlara fürsət verildikdə yenə də əvvəlki halda qalırlar.
(Bəli, insan dünyada hər dəfə çətinliklərlə qarşılaşdıqda peşman olur, amma rahatlığa çıxan kimi verdiyi sözləri unudur.)
4. Yalançılıq insanda xasiyyətə çevrildikdə, o, qiyamətdə də yalan danışır. 23-cü ayədə bu məsələyə işarə olundu.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 28-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 28-ci ayəsi nə haqqındadır?
(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.
Əl-Ənam ‏ surəsi 28-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 28-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 28-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 28-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 28-ci ayənin təfsiri nədir?
"(Belə deyil,) əksinə, əvvəllər gizlədikləri (həmin gün) onlar üçün aşkar olub. Əgər onlar (öz arzularına əsasən) dünyaya qaytarılsalar, şübhəsiz, yenə də qadağan olunanlara qayıdarlar. Onlar həqiqətən yalançıdırlar.” Nöqtələr Qiyamət günü xalqın gizli sirlərinin aşkar olduğu gündür. Quran bu həqiqətə dəfələrlə işarə etmişdir.  Bildirişlər 1. Qiyamətdə insanların bütün sirləri və gizli işləri açılar. 2. Axirətdən dünyaya qayıtmaq mahaldır (mümkünsüzdür). 3. Bəzilərinin islah olacağına heç bir üm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.