Əl-Ənam ‏ surəsi · 40-cu ayə

De: «Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, əgər doğru deyirsinizsə, Allahın əzabı dünya və axirətdə sizə gəlib çatdıqda nə edəcəksiniz? Yoxsa Allahdan qeyrisinimi çağırarsınız?”
Nöqtələr
İnsan, adətən, rifah və rahatlıq içində yaşadıqda qafil, diqqətsiz olur. Amma qarşıya çıxan çətinliklər qəflət pərdəsini qaldırır və insandakı allahpərəstlik fitrəti oyanır.
Bildirişlər
1. Təbliğ və tərbiyə üsullarından biri qarşı tərəfə ünvanlanan sualdır.
2. Təcrübə göstərir ki, bütün insanlarda (zahirdə küfr etsələr də) allahpərəstlik fitrəti var. Hadisələr və bəlalar zamanı bu fitrət üzə çıxır. İslam peyğəmbərinin vəzifəsi insanların diqqətini onların yatmış fitrətinə yönəltməkdir.
3. Hadisələr və çətinliklər zamanı bütün qəflət pərdələri qaldırılır və insan yalnız Allaha üz tutur. Həmin vaxt başqa məbudlara diqqətsizlik onların puç olması dəlilidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 40-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 40-cu ayəsi nə haqqındadır?
De: «Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!»
Əl-Ənam ‏ surəsi 40-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 40-cu ayənin təfsiri nədir?
"De ki, əgər doğru deyirsinizsə, Allahın əzabı dünya və axirətdə sizə gəlib çatdıqda nə edəcəksiniz? Yoxsa Allahdan qeyrisinimi çağırarsınız?” Nöqtələr İnsan, adətən, rifah və rahatlıq içində yaşadıqda qafil, diqqətsiz olur. Amma qarşıya çıxan çətinliklər qəflət pərdəsini qaldırır və insandakı allahpərəstlik fitrəti oyanır. Bildirişlər 1. Təbliğ və tərbiyə üsullarından biri qarşı tərəfə ünvanlanan sualdır. 2. Təcrübə göstərir ki, bütün insanlarda (zahirdə küfr etsələr də) allahpərəstlik fitrəti ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.