Əl-Ənam ‏ surəsi · 42-ci ayə

Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. (Boyun qaçırdıqlarına görə) onları yoxsulluq və xəstəliyə düçar etdik. Bəlkə (Bizə) yalvaralar.”
Nöqtələr
"Bəsa” döyüş, yoxsulluq, qəhətlik, sel, zəlzələ, keçici xəstəlik, "zərra” isə qəm-qüssə, alçalmaq, cəhalət, iflas deməkdir.
Həzrət Əli (ə) buyurmuşdur: "Əgər çətinliklər zamanı xalq Allah dərgahına sədaqətlə nalə çəksə, Allahın lütfünə nail olar.”  Mövləvi bu həqiqəti belə nəzmə çəkir:
Haqqın hüzurunda çəkilən fəğan,
Üstündür bir ömür səcdədən, inan.
Zoru kənara qoy, tut nalə yolun,
Göylər ağlayana uzadır əlin.
Bildirişlər
1. Xalq arasında peyğəmbərin besəti tarix boyu gerçəkləşmiş ilahi sünnələrdəndir.
2. Keçmişdəkilərin başlarına gələnlər gələcəkdəkilər üçün ibrətdir.
3. Tərbiyə və hidayətdə bəzən təzyiq və sərtlik də lazım gəlir.
4. Çətinliklər fitrəti oyadan və diqqəti Allaha yönəldən yollardandır.
5. Hər rifah lütf, hər əziyyət qəzəb sayılmamalıdır.
6. Bəzi inadkarlar hətta sıxıntı və çətinlik vasitəsi ilə də ram olmurlar.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 42-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 42-ci ayəsi nə haqqındadır?
Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar.
Əl-Ənam ‏ surəsi 42-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 42-ci ayənin təfsiri nədir?
"Həqiqətən, səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. (Boyun qaçırdıqlarına görə) onları yoxsulluq və xəstəliyə düçar etdik. Bəlkə (Bizə) yalvaralar.” Nöqtələr "Bəsa” döyüş, yoxsulluq, qəhətlik, sel, zəlzələ, keçici xəstəlik, "zərra” isə qəm-qüssə, alçalmaq, cəhalət, iflas deməkdir. Həzrət Əli (ə) buyurmuşdur: "Əgər çətinliklər zamanı xalq Allah dərgahına sədaqətlə nalə çəksə, Allahın lütfünə nail olar.”  Mövləvi bu həqiqəti belə nəzmə çəkir: Haqqın hüzurunda çəkilən fəğan, Üstündür ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.