Əl-Ənam ‏ surəsi · 55-ci ayə

Biz Öz ayələrimizi (elmi və əməli maariflər üzərindən pərdələri götürən sözləri ali məqsədlər) və günahkarların yollarının aydınlaşması üçün bu cür müxtəlif (hərtərəfli) gətiririk.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 55
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Biz beləcə ayələri (xalq üçün) açıq-aydın bəyan edirik (ki, haqq aşkar,) günahkarların yolu və qaydası aydın olsun.”
Nöqtələr
Ayənin nazilolma şəni haqqında deyilir ki, bir dəstə günahkar şəxs peyğəmbərin xidmətinə gəlib dedilər: "Biz xeyli günaha yol vermişik.” Həzrət susdu və bu ayə nazil oldu.
Bu surədə iki dəfə "Özü üçün rəhməti yazdı, müəyyənləşdirdi” cümləsi işlədilmişdir. Cümlələrdən biri möminlərin qəlbini isitmək üçün dünya ilə bağlı bəyan olunur, digəri məada aiddir. (ayə 12)
Cəhalət bəzən elm, bəzən ağılla bağlı olur. 54-cü ayədə ağılla bağlı cəhalətdən danışılır. Yəni insanlar bildikləri halda, düşüncəsizlik cəhaləti səbəbindən günaha uğrayırlar.
Bildirişlər
1. Peyğəmbər ziyarətçisinin imanı ilahi lütfə çatma şərtlərindəndir.
2. Peyğəmbərin ziyarəti Allahın lütfünün əldə olunması yoludur.
3. Rəhbərlə xalq arasındakı rabitə məhəbbət üzərində qurulmalıdır.
4. Ən yaxşı salam "səlamun ələykum” deməkdir.
5. Möminlərin alçaldılmasına qarşı çıxın. 53-cü ayədə bildirildiyi kimi, möminlərə təhqiramiz şəkildə müraciət edirdilər. 54-cü ayədə isə Allah bu təhqirə cavab verir və peyğəmbərə göstəriş verir ki, möminlərə salam versin.
6. Salam İslamın şüarıdır. Böyük də kiçiyə salam verir.
7. Tərbiyəçi və təbliğatçı xalqa hörmətlə yanaşmalı və onlarla xoş rəftar etməlidir.
8. İnadkarlıq və təkəbbür üzündən olmayan günah bağışlana bilər. (Günahkarların bağışlanması üçün onların cəhaləti bir üzrdür.)
9. Allah rəhməti Özünə vacib etmişdir. Amma bu rəhmətə çatmaq üçün üzrxahlıq və tövbə lazımdır.
10. Tövbə təkcə dildə tövbə demək deyil. Qərara gəlib islah olmaq lazımdır.
11. Möminin tövbəsi hökmən qəbul olunur. Tövbə günahdan sonra gerçəkləşir.
12. İlahi əfv rəhmətlə müşayiət olunur. (Günahkar ümidini üzməməlidir.)
13. Günahkarların simasını, yolunu aydınlaşdırmaq məktəbin məqsədlərindəndir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 55-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 55-ci ayəsi nə haqqındadır?
Biz Öz ayələrimizi (elmi və əməli maariflər üzərindən pərdələri götürən sözləri ali məqsədlər) və günahkarların yollarının aydınlaşması üçün bu cür müxtəlif (hərtərəfli) gətiririk.
Əl-Ənam ‏ surəsi 55-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 55-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 55-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 55-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 55-ci ayənin təfsiri nədir?
"Biz beləcə ayələri (xalq üçün) açıq-aydın bəyan edirik (ki, haqq aşkar,) günahkarların yolu və qaydası aydın olsun.” Nöqtələr Ayənin nazilolma şəni haqqında deyilir ki, bir dəstə günahkar şəxs peyğəmbərin xidmətinə gəlib dedilər: "Biz xeyli günaha yol vermişik.” Həzrət susdu və bu ayə nazil oldu. Bu surədə iki dəfə "Özü üçün rəhməti yazdı, müəyyənləşdirdi” cümləsi işlədilmişdir. Cümlələrdən biri möminlərin qəlbini isitmək üçün dünya ilə bağlı bəyan olunur, digəri məada aiddir. (ayə 12) Cəhalət ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.