Əl-Ənam ‏ surəsi · 61-ci ayə

Odur bəndələri üzərində qalib və hakim! Sizin (cism və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 61
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Qəhr və iqtidarı bəndələrindən üstün olan yalnız Odur. O sizə nəzarətçilər (hifz edən mələklər) göndərər. Sizlərdən birinin ölümü çatdıqda Bizim göndərdiklərimiz onun canını geri alar və öz işlərində heç bir səhlənkarlıq etməzlər.”
Nöqtələr
Gecələr ruhun alınması və gündüzlər qaytarılması Allahın qəhr nümunələrindəndir.
Ruhun alınması Quranda həm Allaha, həm ölüm mələyinə, həm də digər mələklərə aid edilmişdir. Bəlkə də adi insanların canını mələklər, seçilmiş insanların canını ölüm mələyi, övliyaların canını isə Allah-təala özü alır. Beləcə, əvvəlcə mələklər insanların canını alır, sonra ölüm mələyinə təhvil verir, daha sonra isə ölüm mələyi ruhları Allaha təslim edir. Bu baxımdan ruhun alınması həm mələklərə, həm ölüm mələyinə, həm də Allaha aiddir.
«Hifz» edən mələklər» dedikdə insanı hadisələrdən qoruyan mələklər nəzərdə tutula bilər.  Əlbəttə ki, insanların əməllərini qeyd edən mələklər də hifz edən mələklər sayıla bilər. 
Mələklərin hifz etməsinə iman Allaha şükür amilidir. Necə ki, yazan mələklərə iman həya və təqva səbəbi olur.
Bildirişlər
1. Allahın kamil qüdrət və hakimiyyəti vardır. Bizim azad buraxılmağımızın səbəbi isə Onun lütfünə əsaslanan möhlətdir.
2. Allah bəndələri üzərində elə bir hakimiyyətə malikdir ki, kimsədə müqavimət gücü yoxdur.
3. Yaranış nizamında müxtəlif mühafizələr mövcuddur.
4. Hifz edən mələklərin göndərilməsi daimidir.
5. Mələklərin hər bir dəstəsinin öz işi var.
6. Bir insanın ruhunun çıxarılmasında bir neçə mələk iştirak edir.
7. Mələklər öz işlərində səhlənkarlığa və xataya yol vermirlər. 

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 61-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 61-ci ayəsi nə haqqındadır?
Odur bəndələri üzərində qalib və hakim! Sizin (cism və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər.
Əl-Ənam ‏ surəsi 61-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 61-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 61-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 61-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 61-ci ayənin təfsiri nədir?
"Qəhr və iqtidarı bəndələrindən üstün olan yalnız Odur. O sizə nəzarətçilər (hifz edən mələklər) göndərər. Sizlərdən birinin ölümü çatdıqda Bizim göndərdiklərimiz onun canını geri alar və öz işlərində heç bir səhlənkarlıq etməzlər.” Nöqtələr Gecələr ruhun alınması və gündüzlər qaytarılması Allahın qəhr nümunələrindəndir. Ruhun alınması Quranda həm Allaha, həm ölüm mələyinə, həm də digər mələklərə aid edilmişdir. Bəlkə də adi insanların canını mələklər, seçilmiş insanların canını ölüm mələyi, övl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.