Əl-Ənam ‏ surəsi · 64-cü ayə

De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 64
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, Allah sizə bu zülmətlərdən və hər cür xoşagəlməzliklərdən nicat verər. (Amma) yenə siz şirk edərsiniz.”
Nöqtələr
"Təzərrö” aşkar dua, "xufyə” gizli dua mənasını bildirir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Ən üstün dua ahəstə və gizli şəkildə edilən duadır.” Həzrət uca səslə dua edənləri qınamış və buyurmuşdur: "Allah eşidən və yaxındır.” 
"Yunus” surəsinin 12-ci ayəsində buyurulur: "İnsan təhlükəyə düşdükdə Allahı yada salır və onu çağırır. Amma elə ki, müşkülləri həll oldu, başını aşağı salıb gedir, sanki qətiyyən Bizi çağırmamışdır.”
Çətinliklər insanda dörd hal yaradır: Ehtiyac hissi, aşkar dua, ixlas və şükür etmək zərurəti. Bəli, çətinliklər və maddi vasitələrin gücdən düşməsi insandakı allahpərəstlik ruhunu dirçəldir və çətinliyə düşmüş insan Allahın qüdrətini görür.
Bildirişlər
1. Təbliğ və moizə üsullarından biri xalqın vicdanına müraciət edilməsidir.
2. İnsanın çətinlik zamanı duada diqqətinin xalisliyə yönəldilməsi allahşünaslığın ən üstün yollarındandır.
3. İnsan çətinliklər zamanı küfr və şirkdən əl çəkib təkallahçı olur.
4. Hər kəs üçün onun müşkülü daha böyükdür.
5. İnsan Allah qarşısında götürdüyü öhdəliklərə vəfasızdır.
6. Ən böyük naşükürlük şirkdir.
7. Rahatlıq, ehtiyacsızlıq Allahdan xəbərsizlik və şirk zəminəsidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 64-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 64-cü ayəsi nə haqqındadır?
De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!».
Əl-Ənam ‏ surəsi 64-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 64-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 64-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 64-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 64-cü ayənin təfsiri nədir?
"De ki, Allah sizə bu zülmətlərdən və hər cür xoşagəlməzliklərdən nicat verər. (Amma) yenə siz şirk edərsiniz.” Nöqtələr "Təzərrö” aşkar dua, "xufyə” gizli dua mənasını bildirir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Ən üstün dua ahəstə və gizli şəkildə edilən duadır.” Həzrət uca səslə dua edənləri qınamış və buyurmuşdur: "Allah eşidən və yaxındır.”  "Yunus” surəsinin 12-ci ayəsində buyurulur: "İnsan təhlükəyə düşdükdə Allahı yada salır və onu çağırır. Amma elə ki, müşkülləri həll oldu, başını aşağ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.