Əl-Ənam ‏ surəsi · 70-cu ayə

Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Qur’an vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (ilahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dinlərini oyun-oyuncağa çevirənlərdən, dünya həyatının məğlub etdiyi kəslərdən əl götür. Quran vasitəsi ilə onlara öyüd ver. Məbada, kəsb etdiklərinin cəzası ilə məhv olsunlar. Halbuki Allahdan savay heç bir yardımçıları və şəfaətçiləri yoxdur!Əgər (həmin gün insan cəzasına görə) istənilən cür əvəz ödəsə, ondan qəbul olunmaz. Onlar o kəslərdir ki, kəsb etdiklərinin cəzası olaraq fəlakətə düşdülər. Onlar üçün küfrlərinin cəzası olaraq yanar sudan şərab və dərdli əzab olacaq.”
Nöqtələr
Ayədə azğınlardan əl götürülməsi dedikdə, onlara nifrətin izharı və rabitələrin kəsilməsi nəzərdə tutulur. Bəzən bu, müxaliflərlə döyüşlə sona çatır. Şübhəsiz ki, təkcə müxaliflərlə cihadın tərk olunması nəzərdə tutulmur.
"Tubsəl” dedikdə yaxşılıqlardan məhrum olub fəlakətə çatmaq nəzərdə tutulur.
Dinin oyuncağa çevrilməsi hər dönəmdə müəyyən bir formada təzahür etmişdir. Bəzən xurafi əqidələr izhar edilmiş, bəzən hökmlərin icrası mümkünsüz sayılmış, bəzən günahlara don geyindirilmiş, bəzən bidətə əl atılmış, bəzən rəy əsasında təfsir verilmiş və mütəşabeh ayələr əsas götürülmüşdür.
Bildirişlər
1. Dini qeyrət cəmiyyətdə dinsizlərin və əqidə müxaliflərinin rədd edilməsinə səbəb olur. Digər ayələrdə də bu məsələyə toxunulmuşdur. 
2. Dünyaya bağlılıq və aldanış dinin oyuncağa çevrilməsi üçün zəmindir.
3. Xatırlatma və moizə ilahi qəhr-qəzəbdən qurtuluş səbəbidir.
4. Xatırlatma zamanı Qurandan bəhrələnməliyik.
5. Dünya ilə qürrələnməyək. Qiyamətdə Allahdan savay köməyimiz yoxdur.
6. İnsanın bədbəxtlik amili onun özü və əməlləridir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 70-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 70-cu ayəsi nə haqqındadır?
Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Qur’an vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabil...
Əl-Ənam ‏ surəsi 70-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 70-cu ayənin təfsiri nədir?
"Dinlərini oyun-oyuncağa çevirənlərdən, dünya həyatının məğlub etdiyi kəslərdən əl götür. Quran vasitəsi ilə onlara öyüd ver. Məbada, kəsb etdiklərinin cəzası ilə məhv olsunlar. Halbuki Allahdan savay heç bir yardımçıları və şəfaətçiləri yoxdur!Əgər (həmin gün insan cəzasına görə) istənilən cür əvəz ödəsə, ondan qəbul olunmaz. Onlar o kəslərdir ki, kəsb etdiklərinin cəzası olaraq fəlakətə düşdülər. Onlar üçün küfrlərinin cəzası olaraq yanar sudan şərab və dərdli əzab olacaq.” Nöqtələr Ayədə azğı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.