Əl-Ənam ‏ surəsi · 77-ci ayə

Beləliklə, ayı doğan və üfüqü yaran halda görəndə dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (ay) batdı, dedi: «Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 77
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Növbəti dəfə ayı tülu və parlayan halda gördükdə dedi: "Bu mənim Rəbbimdir.” Elə ki, (ay) qürub etdi dedi: "Əgər Rəbbim məni hidayət etməsəydi, şübhəsiz, azğın dəstələrdən olardım.”
Nöqtələr
"Baziğ” sözü parçalamaq və qan axıtmaq mənasını bildirir. Burada isə günəş və ay zülmət pərdəsini yırtır və onların ətrafında bir qızartı müşahidə olunur. 
İbrahim həm ulduzpərəstlər, həm də ay-günəşpərəstlərlə üz-üzə gəlmişdi.  Bir çox təfsirçilərin bildirdiyinə görə, həzrət İbrahim Babil məntəqəsinin müşrikləri ilə qarşılaşmışdı.
İnsan hər hansı ehtimalla çıxılmaz vəziyyətə düşdükdə inadkarlıq göstərməməli, yolu dəyişməlidir. "Kişi dediyindən dönməməlidir” deyiminin əksinə olaraq, ayə bizə buyurur: "Kişi odur ki, mövqeyini dəyişməklə də olsa, sözü haqq olsun.”
Bildirişlər
Ötən ayənin bir, iki və üçüncü bildirişləri bu ayəyə də aiddir.
4. Tənqiddə "addım-addım” üsullardan istifadə etməliyik. Ötən ayədə buyuruldu: "Mən zavala uğrayanları (batanları) sevmirəm.” Bu ayədə isə belə buyurulur: "Aya pərəstiş azğınlıq və zəlalətdir.”
5. Haqqı tanıma yolunda ilahi feyz və hidayətə arxalanmaq lazımdır. İlahi yardımsız şirin maarif çeşməsinə yetişmək olmaz. 
6. İnsanın daxili bir itkisi var. Bəzən bu itkinin axtarışında olan insan onun oxşarları ilə rastlaşır və azır. Bu mövzu ilə ardıcıl olaraq iki ayədə rastlaşırıq.
7. Peyğəmbərlər də ilahi hidayətə ehtiyaclıdırlar.
8. Hidayət rübubiyyət şənindədir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 77-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 77-ci ayəsi nə haqqındadır?
Beləliklə, ayı doğan və üfüqü yaran halda görəndə dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (ay) batdı, dedi: «Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram.»
Əl-Ənam ‏ surəsi 77-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 77-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 77-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 77-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 77-ci ayənin təfsiri nədir?
"Növbəti dəfə ayı tülu və parlayan halda gördükdə dedi: "Bu mənim Rəbbimdir.” Elə ki, (ay) qürub etdi dedi: "Əgər Rəbbim məni hidayət etməsəydi, şübhəsiz, azğın dəstələrdən olardım.” Nöqtələr "Baziğ” sözü parçalamaq və qan axıtmaq mənasını bildirir. Burada isə günəş və ay zülmət pərdəsini yırtır və onların ətrafında bir qızartı müşahidə olunur.  İbrahim həm ulduzpərəstlər, həm də ay-günəşpərəstlərlə üz-üzə gəlmişdi.  Bir çox təfsirçilərin bildirdiyinə görə, həzrət İbrahim Babil məntəqəsinin müşr...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.