Əl-Ənam ‏ surəsi · 79-cu ayə

«Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 79
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Mən xalisliklə üzümü bir kəsə döndərmişəm ki, səmaları və yeri yaratdı. Mən müşriklərdən deyiləm.”
Nöqtələr
Qürub, müvəqqətilik bəyanatından sonra sabitliyə çatmaq Allahın İbrahimə əta etdiyi ilahi baxışdan danışır.
"Hənif” xalis və büdrəməsiz, doğru yola meyl mənasını bildirir.
Lüğət baxımından "yaratmaq” mənasını verən, "fətərə” sözü ayədə parçalama mənasını bildirir. Bəlkə də burada günün elminə işarə olunmuşdur. Aləm ilk öncə vahid bir nüvə olmuş, sonra parçalanaraq ayrı-ayrı planetlərə çevrilmişdir. 
Bildirişlər
1. Haqq yol bizə aşkar olan kimi qəti şəkildə onu elan edək və tənhalıqdan qorxmayaq.
2. Cüzi, maddi, məhdud və fani bütlərə pərəstişdən üz döndərən kəs külli, mənəvi, sonsuz və əbədi məbuda yetişir.
3. Görüntülər bizi aldatmasın, onlar tez, ya gec gözdən itir. Görüntüləri yaradan Allaha diqqət yetirin.
4. İnsan elə bir məqama çata bilər ki, nəsillərin və əsrlərin batil əqidələrini aradan qaldırsın.
5. Həqiqi tövhid şirkə arxa çevirməklə müşayiət olunur.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 79-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 79-cu ayəsi nə haqqındadır?
«Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm».
Əl-Ənam ‏ surəsi 79-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 79-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 79-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 79-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 79-cu ayənin təfsiri nədir?
"Mən xalisliklə üzümü bir kəsə döndərmişəm ki, səmaları və yeri yaratdı. Mən müşriklərdən deyiləm.” Nöqtələr Qürub, müvəqqətilik bəyanatından sonra sabitliyə çatmaq Allahın İbrahimə əta etdiyi ilahi baxışdan danışır. "Hənif” xalis və büdrəməsiz, doğru yola meyl mənasını bildirir. Lüğət baxımından "yaratmaq” mənasını verən, "fətərə” sözü ayədə parçalama mənasını bildirir. Bəlkə də burada günün elminə işarə olunmuşdur. Aləm ilk öncə vahid bir nüvə olmuş, sonra parçalanaraq ayrı-ayrı planetlərə çev...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.