Əl-Ənam ‏ surəsi · 87-ci ayə

Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların atalarından, züryətlərindən, qardaşlarından (ləyaqətlərinə görə) seçdik və doğru yola hidayət etdik.”
Nöqtələr
Bəzilərinin fikrincə, nəsil (züryət) dedikdə yalnız insanın oğuldan olan nəvələri nəzərdə tutulur. Amma həzrət İsanın atası yox idi və o yalnız ana tərəfdən İbrahimə bağlı idi. Beləcə, həzrət İsa həzrət İbrahimin nəslindən sayılırdı. İmam Sadiq (ə) və imam Kazim (ə) həmin ayəyə istinadən yalnız ana tərəfdən peyğəmbərə bağlı olan əhli-beyti peyğəmbər nəsli (züryəti) saymışlar.  Fəxr Razi də öz təfsirində bu nöqtəni qəbul etmişdir. "Təfsire-Əl-Mənarda” da Buxaridən nəql olunmuş hədisdə həzrət Peyğəmbər (s) "züryət” (nəsil) sözünü imam Həsən (ə) haqqında işlətmişdir.
"Yəsə” sözünün müstəqil ad, ya "vəsə” sözünün indiki zamanı, ya "yuşə” sözünün ibri dilindən ərəb dilinə çevrilmə variantı olması barədə müxtəlif fikirlər var.
Bəziləri "atalarından” sözünün çıxışlıq halda olmasına istinad edərək peyğəmbərlərin ata-babaları arasında da azğın adamların olduğunu güman etmişlər. Halbuki ayədə sözün bu formada işlədilməsinin səbəbi atalar arasından peyğəmbərlərin seçilməsidir. Söhbət iman yox, peyğəmbər seçimindən gedir. 

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 87-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 87-ci ayəsi nə haqqındadır?
Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik.
Əl-Ənam ‏ surəsi 87-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 87-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 87-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 87-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 87-ci ayənin təfsiri nədir?
"Onların atalarından, züryətlərindən, qardaşlarından (ləyaqətlərinə görə) seçdik və doğru yola hidayət etdik.” Nöqtələr Bəzilərinin fikrincə, nəsil (züryət) dedikdə yalnız insanın oğuldan olan nəvələri nəzərdə tutulur. Amma həzrət İsanın atası yox idi və o yalnız ana tərəfdən İbrahimə bağlı idi. Beləcə, həzrət İsa həzrət İbrahimin nəslindən sayılırdı. İmam Sadiq (ə) və imam Kazim (ə) həmin ayəyə istinadən yalnız ana tərəfdən peyğəmbərə bağlı olan əhli-beyti peyğəmbər nəsli (züryəti) saymışlar.  ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.