Əl-Ənam ‏ surəsi · 95-ci ayə

Həqiqətən, Allah toxum və çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) və diridən ölü (yaşıl otdan dənli bitki və quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Budur (bilən və qüdrətli) Allah! Belə isə (haqdan) haraya və necə döndərilirsiniz?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 95
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah dən və toxumu çatladan, ölüdən diri çıxaran, diridən ölü çıxarandır. Odur sizin Allahınız. Bəs necə olur ki, (haqdan) azırsınız?”
Nöqtələr
"Faliq” sözü "fələq” sözündən olub parçalanmaq, çırtlamaq mənalarını bildirir. Buğda və arpa dəni kimi yeməli dənlər "həbb”, "həbbə” adlandırılmışdır. "Nəva” çəyirdək, tum mənasını bildirir.
Cansız otdan canlı heyvan, canlı heyvandan cansız süd yaranır. Cansız toxumdan canlı ağac, inkişaf etmiş ağacdan cansız toxumlar ərsəyə gəlir.
Rəvayətlərə əsasən, ayədə nəzərdə tutulur ki, bəzən imansız insanlardan mömin övladlar, bəzən imanlı insanlardan kafir övladlar vücuda gəlir. 
Bildirişlər
1. Toxumu əkmək insanın işidir. Amma onu torpağın altında çırtladıb göyərtmək Allaha aiddir.
2. Təbiət əsərlərinə diqqət ən üstün allahşünaslıq yollarındandır.
3. İnsanın ruzisi Allahın göyərtdiyi həmin toxumlardan yaranır. Bu halda nə üçün başqasına üz tutmalıyıq?!

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 95-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 95-ci ayəsi nə haqqındadır?
Həqiqətən, Allah toxum və çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) və diridən ölü (yaşıl otdan dənli bitki və quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Budur (bilə...
Əl-Ənam ‏ surəsi 95-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 95-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 95-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 95-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 95-ci ayənin təfsiri nədir?
"Həqiqətən, Allah dən və toxumu çatladan, ölüdən diri çıxaran, diridən ölü çıxarandır. Odur sizin Allahınız. Bəs necə olur ki, (haqdan) azırsınız?” Nöqtələr "Faliq” sözü "fələq” sözündən olub parçalanmaq, çırtlamaq mənalarını bildirir. Buğda və arpa dəni kimi yeməli dənlər "həbb”, "həbbə” adlandırılmışdır. "Nəva” çəyirdək, tum mənasını bildirir. Cansız otdan canlı heyvan, canlı heyvandan cansız süd yaranır. Cansız toxumdan canlı ağac, inkişaf etmiş ağacdan cansız toxumlar ərsəyə gəlir. Rəvayətlə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.