Əl-Ənbiya surəsi · 10-cu ayə

Həqiqətən Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 10
MÖHSÜN QƏRAƏTİ 05.05.2026

“Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin üçün xəbərdarlıq var. Yoxsa düşünmürsünüz?!”

Nöqtələr

“Zikrukum” sözü ya xəbərdarlıq vasitəsi, ya da izzət səbəbi mənasını bildirir. “Zikr” sözünün şərafət və şöhrət kimi lüğət mənaları da var. İmam Kazim (ə) bu ayə haqqında buyurur: “Fihi zikrukum,” yəni kitabda zikr olunmuşdur ki, peyğəmbərdən sonra imama itaət olunur.” Yəni peyğəmbərdən sonra imama itaət sizin üçün izzət və şərəfdir.

Bildirişlər

  1. Kitab və qanun Allah tərəfindən insan üçün inkişaf və oyanış vasitəsidir.

  2. Quran yüksək mövqe, uca məqama malikdir.

  3. Səmavi kitabın nazil olmasının bir səbəbi də insanlara xəbərdarlıq və onlara kəramət bəxş etməkdir.

  4. İnsanın keçmişi, bu günü və gələcəyi Quranda xəbər verilir.

  5. Ərəb qövmü və Hicaz məmləkəti Quranın bərəkəti ilə əziz və məşhur olmuşdur.

  6. İnsanlar dərindən düşünsələr, hökmən vəhy və səmavi kitaba əl açarlar.

  7. İnsanların inkişaf üçün fitri meyllərindən istifadə edək. (Xoş xatırlanmasını istəyən insan Allahın uyğun buyruğunu nəzərə almalıdır: “Adınız qalsın deyə sizə kitab göndərdik.”)

  8. Peyğəmbərlərin təkzibi düşüncəsizlikdir. Çünki Quran maarifi əqlə uyğundur.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 10-cu ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 10-cu ayəsi nə haqqındadır?
Həqiqətən Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?!
Əl-Ənbiya surəsi 10-cu ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 10-cu ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 10-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 10-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 10-cu ayənin təfsiri nədir?
“Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin üçün xəbərdarlıq var. Yoxsa düşünmürsünüz?!”Nöqtələr“Zikrukum” sözü ya xəbərdarlıq vasitəsi, ya da izzət səbəbi mənasını bildirir. “Zikr” sözünün şərafət və şöhrət kimi lüğət mənaları da var. İmam Kazim (ə) bu ayə haqqında buyurur: “Fihi zikrukum,” yəni kitabda zikr olunmuşdur ki, peyğəmbərdən sonra imama itaət olunur.” Yəni peyğəmbərdən sonra imama itaət sizin üçün izzət və şərəfdir.BildirişlərKitab və qanun Allah tərəfindən insan üçün i...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.