Əl-Ənbiya surəsi · 107-ci ayə

(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.”

Bildirişlər

  1. Saleh bəndələrin yer üzünə hakimliyi risalət sayəsində əldə olunmuş bir lütfdür. Dünya və axirətdə nəsibimiz olası Peyğəmbər (s) rəhməti ilahi rəhmətdən bir cilvədir.

  2. İslam Peyğəmbərinə (s) nazil olmuş bütün ilahi göstərişlər, o cümlədən cihad, cəza, qisas hökmləri cəmiyyət üçün rəhmətdir.

  3. Allah aləmlərin Rəbbi, Onun rəsulu isə aləmlər üçün rəhmətdir. Yəni gerçək tərbiyə peyğəmbərlərin hidayəti sayəsində mümkün olur.

  4. Peyğəmbər (s) bütün əsrlərdə, bütün məkanlarda bütün insanlar üçün rəhmətdir. Başqa bir peyğəmbərə ehtiyac yoxdur.

  5. Əziz İslam Peyğəmbəri (s) hətta Allaha yaxın mələklər üçün rəhmətdir.

  6. İslamın göstərişləri bütün dünyaya aiddir.

  7. Bir insan Allahın istəyi ilə bütün aləmə təsir göstərə bilər.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 107-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 107-ci ayəsi nə haqqındadır?
(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.
Əl-Ənbiya surəsi 107-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 107-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 107-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 107-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 107-ci ayənin təfsiri nədir?
“Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.”BildirişlərSaleh bəndələrin yer üzünə hakimliyi risalət sayəsində əldə olunmuş bir lütfdür. Dünya və axirətdə nəsibimiz olası Peyğəmbər (s) rəhməti ilahi rəhmətdən bir cilvədir.İslam Peyğəmbərinə (s) nazil olmuş bütün ilahi göstərişlər, o cümlədən cihad, cəza, qisas hökmləri cəmiyyət üçün rəhmətdir.Allah aləmlərin Rəbbi, Onun rəsulu isə aləmlər üçün rəhmətdir. Yəni gerçək tərbiyə peyğəmbərlərin hidayəti sayəsində mümkün olur.Peyğəmbər (s) bütün ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.