Əl-Ənbiya surəsi · 15-ci ayə

Beləliklə onları (ot kimi) biçib (ölülər kimi) sakit edənə qədər o (ah-vayları) dillərində idi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Biz onları qırıb, hərəkətdən salanadək daim bu sözləri deyirdilər.”

Nöqtələr

“Həsid” dedikdə “bitmək” mənası başa düşülür. “Xamid” sözü susmaq, dayanmaq mənasını bildirir. “Sorğuya çəkilərsiniz” cümləsi nəyə işarədir? Ola bilsin ki, bir-birinizi, ya fəqirlərin, ya da tarixin sizi sorğuya çəkməsi nəzərdə tutulur.

Bildirişlər

  1. Zülmkar cəmiyyətə əzab tədricən nazil olur. (Qəzəb nişanələrini görməklə hisslər də tədricən yaranır.)

  2. Kimsədə Allahın qəzəbi qarşısında dayanmaq gücü yoxdur. (Ən məğrur insanlar da təhlükə zamanı səhnədən qaçırlar.)

  3. Allahın qəzəbindən qaçmaq mümkünsüzdür.

  4. Eyş-işrət zülm və tüğyan üçün zəmin yarada bilər.

  5. Cəza günah baş verən yerdə icra olunmalıdır.

  6. Zülmkarlar nəhayət sorğuya çəkiləsidirlər.

  7. Zülmün sonu peşmançılıqdır.

  8. Sonda yatmış vicdanlar oyanası, inkarçılar həqiqəti etiraf edəsidirlər.

  9. Bəla nazil olan zaman ah-nalə fayda vermir.

  10. Küfr və zülm insan üçün ot kimi biçilmiş, qırılmış tale ərməğan gətirir.

  11. Qalmaqallı təbliğatlar, sitayişlər, yalanlar, hədələr Allah hüzurunda məhvə məhkumdur.

  12. Ardıcıl zülm ilahi əzabla sonuclanır.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 15-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 15-ci ayəsi nə haqqındadır?
Beləliklə onları (ot kimi) biçib (ölülər kimi) sakit edənə qədər o (ah-vayları) dillərində idi.
Əl-Ənbiya surəsi 15-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 15-ci ayənin təfsiri nədir?
“Biz onları qırıb, hərəkətdən salanadək daim bu sözləri deyirdilər.”Nöqtələr“Həsid” dedikdə “bitmək” mənası başa düşülür. “Xamid” sözü susmaq, dayanmaq mənasını bildirir. “Sorğuya çəkilərsiniz” cümləsi nəyə işarədir? Ola bilsin ki, bir-birinizi, ya fəqirlərin, ya da tarixin sizi sorğuya çəkməsi nəzərdə tutulur.BildirişlərZülmkar cəmiyyətə əzab tədricən nazil olur. (Qəzəb nişanələrini görməklə hisslər də tədricən yaranır.)Kimsədə Allahın qəzəbi qarşısında dayanmaq gücü yoxdur. (Ən məğrur insanlar...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.