Əl-Ənbiya surəsi · 17-ci ayə

Əgər Biz bir əyləncə (düzəltmək və ya arvad-uşaq) götürmək istəsəydik, (qeyri-mümkün olsa da fərz edək) əgər (bu işi) edən olsaydıq, şübhəsiz, onu Öz zatımızdan (və Öz vücudumuza uyğun gələn bir şeydən) götürərdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Əgər əyləncə düzəltmək istəsəydik, Onu özümüz üçün edərdik.”

Nöqtələr

“Lov” kəlməsi ərəb dilində mümkünsüz işlərdən danışılarkən işlədilir. Allah üçün əyləncə mümkünsüz olduğundan burada həmin kəlmə işlədilmişdir. Bu ayələrdə Allah öncə əyləncə yaratmadığını bildirir. Burada “əyləncə istəsəydik, Özümüz üçün edərdik” buyurur. Öncəki “laib”, sonrakı ayədə “ləhv” təbiri işlədilir. Məlum olur ki, “ləhv” və “ləib” sözləri eyni mahiyyət daşıyır. “Əl-mizan” təfsirində oxuyuruq: “Xəyali məqsədlərlə qurulmuş nizamlı bir iş “ləib” adlandırılmışdır. Amma bu sayaq xəyali işlər ciddiləşib insanı əsl məqsəddən uzaqlaşdırdıqda ona “ləhv” deyirlər. Hər iki iş, yəni həm oyun, həm də əyləncə Allahdan uzaq işlərdir.

Bildirişlər

  1. Varlıq aləmi məqsədli yaradılmışdır. (Əgər yaranış məqsədsiz deyilsə, demək ölüm də işin sonu, yoxluq sayılmamalıdır.)

  2. Oyun oynamaq istəyən kəs nəhayətsiz və sirli varlıq aləmi yox, oyun-oyuncaq hazırlayır. Bu varlıq aləminin təkcə hüceyrə və atomları əsrləri və nəsilləri araşdırmalara məşğul etmişdir.

  3. Allah əylənmək istəsəydi belə, onu Öz zatına münasib şəkildə həyata keçirərdi. (Maddi aləmə üz tutmazdı.)

  4. Əgər Allah-təala varlıq aləmini oyun məqsədi ilə yaratsaydı bir bu qədər peyğəmbər göndərməz, halal-haram göstərişi verməz, mükafat və cəza müəyyənləşdirməzdi.


Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 17-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 17-ci ayəsi nə haqqındadır?
Əgər Biz bir əyləncə (düzəltmək və ya arvad-uşaq) götürmək istəsəydik, (qeyri-mümkün olsa da fərz edək) əgər (bu işi) edən olsaydıq, şübhəsiz, onu Öz zatımızdan (və Öz vücudumuza uyğun gələn bir şeydən) götürərdik.
Əl-Ənbiya surəsi 17-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 17-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 17-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 17-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 17-ci ayənin təfsiri nədir?
“Əgər əyləncə düzəltmək istəsəydik, Onu özümüz üçün edərdik.”Nöqtələr“Lov” kəlməsi ərəb dilində mümkünsüz işlərdən danışılarkən işlədilir. Allah üçün əyləncə mümkünsüz olduğundan burada həmin kəlmə işlədilmişdir. Bu ayələrdə Allah öncə əyləncə yaratmadığını bildirir. Burada “əyləncə istəsəydik, Özümüz üçün edərdik” buyurur. Öncəki “laib”, sonrakı ayədə “ləhv” təbiri işlədilir. Məlum olur ki, “ləhv” və “ləib” sözləri eyni mahiyyət daşıyır. “Əl-mizan” təfsirində oxuyuruq: “Xəyali məqsədlərlə qurul...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.