Əl-Ənbiya surəsi · 18-ci ayə

Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Qur’an ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“(Yox, belə deyil,) Biz batilin beynini dağıtmaq üçün onu haqla vururuq, batil dərhal məhv olur. Vay olsun sizə, (Allaha) aid etdiyiniz sifətlərə görə!”

Nöqtələr

“Qəzf” dedikdə uzaqdan sürət və qüvvətlə atmaq mənası anlaşılır. “Dəmğ” sözü başa dəyib beynə təsir göstərən zərbə mənasını bildirir. “Vəyl” dedikdə əzab və məhv mənaları anlaşılır. Bu söz əzaba layiq olunduqda işlədilir.

Bildirişlər

  1. Haqqın batilə qələbəsi Allahın iradəsi və varlıq aləminin məqsədli olduğunu göstərən bir əlamətdir.

  2. Haqq batillə müdafiə mövqeyindən davranmamalıdır.

  3. Batilin məhvi ilahi sünnədir.

  4. Haqq batilə qalibdir.

  5. Haqqın cəbhədə hüzuru ilə batil məhv olur.

  6. Batillə mübarizədə sürət, qüdrət və məqsədyönümlülük prinsiplərinə riayət olunmalıdır.

  7. Batil yarımcan buraxılmamalı, tam surətdə məhv edilməlidir.

  8. Haqq qalası, batil gedəsidir.

  9. Batil hökumət Allahın verdiyi möhlət qanununa əsasən bir neçə gün yaşayır. Sonda isə təqvalılar və haqq əhli iqtidara çatır.

  10. Vay olsun yaranışı oyuncaq sayanlara!


Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 18-ci ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 18-ci ayəsi nə haqqındadır?
Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Qur’an ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!
Əl-Ənbiya surəsi 18-ci ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 18-ci ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 18-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 18-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 18-ci ayənin təfsiri nədir?
“(Yox, belə deyil,) Biz batilin beynini dağıtmaq üçün onu haqla vururuq, batil dərhal məhv olur. Vay olsun sizə, (Allaha) aid etdiyiniz sifətlərə görə!”Nöqtələr“Qəzf” dedikdə uzaqdan sürət və qüvvətlə atmaq mənası anlaşılır. “Dəmğ” sözü başa dəyib beynə təsir göstərən zərbə mənasını bildirir. “Vəyl” dedikdə əzab və məhv mənaları anlaşılır. Bu söz əzaba layiq olunduqda işlədilir.BildirişlərHaqqın batilə qələbəsi Allahın iradəsi və varlıq aləminin məqsədli olduğunu göstərən bir əlamətdir.Haqq bati...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.