Əl-Ənbiya surəsi · 3-cü ayə

(Vəhy və Qur’ana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimi bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 3
MÖHSÜN QƏRAƏTİ 05.05.2026
Halbuki onların qəlbləri (mənasız şeylərə) məşğuldur. Zülm edənlər
məxfi şəkildə pıçıldaşırlar ki, «görən bu şəxs sizin kimi bir bəşərdir?
Halbuki sehrə doğru getdiyinizi görürsünüz.»”

Bildirişlər
1. Mənasız işlərə məşğulluq insanın diqqətini qiyamət sorğusu kimi mühüm
məsələlərdən yayındırır.
2. Azğın insanlar öz azğınlığına don geyindirirlər.
3. Nə qədər ki, qəlb Allah zikrindən uzaq düşməyib, insan ilahi ayələri
əyləncə saymır.
4. Peyğəmbərin müxalifləri gizlində qurğu qurur, möcüzələri sehr-cadu
sayırlar.
5. Kafirlər həqiqətləri ört-basdır etməklə özlərinə və ətrafdakılara zülm
edirlər.
6. Zalımların peyğəmbərlərə böhtan atması peyğəmbər məktəbinin zülmə
qarşı çıxdığını göstərir.
7. Peyğəmbərlər xalq arasında çox sadə bir həyat yaşamışlar

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 3-cü ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 3-cü ayəsi nə haqqındadır?
(Vəhy və Qur’ana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimi bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).
Əl-Ənbiya surəsi 3-cü ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 3-cü ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 3-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 3-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 3-cü ayənin təfsiri nədir?
Halbuki onların qəlbləri (mənasız şeylərə) məşğuldur. Zülm edənlər məxfi şəkildə pıçıldaşırlar ki, «görən bu şəxs sizin kimi bir bəşərdir? Halbuki sehrə doğru getdiyinizi görürsünüz.»” Bildirişlər 1. Mənasız işlərə məşğulluq insanın diqqətini qiyamət sorğusu kimi mühüm məsələlərdən yayındırır. 2. Azğın insanlar öz azğınlığına don geyindirirlər. 3. Nə qədər ki, qəlb Allah zikrindən uzaq düşməyib, insan ilahi ayələri əyləncə saymır. 4. Peyğəmbərin müxalifləri gizlində qurğu qurur, möcüzələri sehr-...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.